BANKLAR NİYƏ VƏTƏNDAŞLARIN BÜTÜN XARİCİ ÖDƏMƏLƏRİNƏ ƏDV TƏLƏB EDİR?

  • PDF faylını al

Vergilər Nazirliyi bankın vətəndaşdan tələb etdiyi ƏDV məbləğinin əsassız  olduğunu bildirdi
 
Sual: Mən online olaraq Amerika Keyfiyyət Təşkilatına üzv olmaq istəyirdim. Lakin, plastik kartımın olduğu bankdan (Silkway) bildirdilər ki, Vergilər Nazirliyi bu ödəmədən ƏDV tutduğuna görə və bu ƏDV-li məbləğ (ƏDV-siz hesabdakı miqdar yetərlidir) hesabda olmadığına görə ödəmə icra oluna bilmir. Mənim sualım belədir, mən fiziki şəxsəm, hər hansı bir təşkilata üzv olmaq üçün niyə ƏDV ödəməliyəm? Mən online olaraq onların internet səhifəsindən məlumatlar oxuyuram, eyni zamanda bu təşkilat Azərbaycanda fəaliyyət göstərmir. Tutulan bu ƏDV-nin məntiqli açıqlaması var?
 
Seyid Ağayev Mirəhməd, Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. , Bakı
 
Cavab: Bildiririk ki, 01.01.2017-ci il tarixdən etibarən vergi ödəyicisi kimi qeydiyyata alınmayan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunan işlərin və xidmətlərin   təqdim edilməsinə görə ödənişlər aparılarkən (Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla) qeyri-rezidentəödənilməli olan məbləğə ödənişi həyata keçirən yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV hesablanmalı və büdcəyə ödənilməlidir.
 
ƏDV-nin elektron ticarət qaydasında işlərin görülməsinə və xidmətlərin göstərilməsinə tətbiq edildiyini, üzvlük haqqının isə iş (xidmət) hesab edilmədiyini nəzərə alaraq qeyri-rezident təşkilata ödənilən üzvlük haqlarına ƏDV hesablanmır.
 
Mənbə: taxes.gov.az