Vergilər Nazirliyindən təsisçildən borca görə vergi tutulması ilə bağlı daha bir açıqlama

  • PDF faylını al

Sizcə, Dövlət qurumu vergi ödəyicisinin 3 sualına tam cavab verdi?
 
Sual: Salam hörmətli vergi əməkdaşları! Bəzi sualları cavablandırarkən qeyd edirsiniz ki, təsisçi, təsisçisi olduğu müəssisəyə borc verdiyi hala borcun verildiyi dövrdə verilən kreditlərin faiz dərəcəsinə uyğun faizlər hesablanmalı, ödəyərkən ödəmə mənbəyindən 10 % vergi tutulmalı, dövlət büdcəsinə ödənilməli və hesablanan faiz məbləği gəlirdən çıxılan xərclərə aid edilməlidir.
1. Müəssisə 1-ci halda təsisçiyə əsas borcu ödəyib faiz borcunu ödənilmirsə ÖMV dövlət büdcəsinə ödənilməlidirmi? 2-ci halda əsas və faiz borcunu ödəmirsə ÖMV dövlət büdcəsinə ödənilməlidirmi?
2. Müəssisə uçotunu hesablaşma metodu ilə aparırsa əsas və faiz borcu ödənilmədiyi halda hesablanmış faizləri gəlirdən çıxılan xərclərə aid edə bilərmi?
3. Azərbaycan Respublikası qanunlarında hər hansı bir fiziki və yaxud hüquqi şəxsin digər fiziki və yaxud hüquqi şəxsə borc verməsində məhdudiyyətlər nəzərdə tutulubmu? Yəni bu fəaliyyət lisenziya tələb edən fəaliyyətlərə aiddirmi?
Emil, Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.
 
1. Cavab : Bildiririk ki, hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.
Qeyd edilənlərə əsasən təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləği qaytarılarkən həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla hesablanmalı olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.
 
Bax: Vergi Məcəlləsinin 14 və 110-cu maddəsi
 
2. Cavab: Bildiririk ki, qarşılıqlı surətdə asılı olan şəxslər arasında faizsiz borc məbləği üzrə tərəflər arasında bağlanmış müqavilədə faktiki olaraq faiz öhdəliyi yaranmadığından gəlirdən çıxılan xərc elementi formalaşmır. Maliyyələşdirmə xidmətinin həyata keçirilməsi zamanı dövlət büdcəsinə ödənilməli verginin məqsədləri üçün hesablanmış faizlər yalnız vergitutma məqsədləri üçün tətbiq edilir.
 
3. Cavab:. Bildiririk ki, hüquqi və fiziki şəxslər mülkiyyətində olan maddi və qeyri-maddi əmlaka sərəncam vermək, o cümlədən də özünəməxsus pul vəsaitlərini borc vermək hüququndadır.
 
Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar fəaliyyət növləri istisna olmaqla, sahibkarlıq fəaliyyətinin lisenziya tələb olunan bütün növləri üzrə lisenziyalar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verildiyindən lisenziya ilə bağlı ətraflı məlumat almaq üçün həmin Nazirliyə müraciət etməyiniz tövsiyə olunur.
Bax: Mülki Məcəllənin 6.2-ci, 389-cu və 739-cu maddələri
 
Mənbə: Taxes.gov.az