Vergilər Nazirliyinə işə qəbulla bağlı ittihamlı sual

  • PDF faylını al

"Mənim yaşım 35-i keçibsə deməli mən iş qabiliyyətimi itirmişəm. Bu gülüncdür."

Sual: Sizcə işə qəbulla əlaqədar qoyulan yaş məhdudiyyəti diskriminasiyadır? Yoxsa yox ? Əgər mənim yaşım 35-i keçibsə deməli mən iş qabiliyyətimi itirmişəm. Bu gülüncdür. Xahiş edirəm sualımı cavablandırasınız.

Emin Abasov Vidadi, Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. , İsmayıllı rayonu, İvanovka kəndi

 

Cavab: Bildiririk ki, vergi orqanlarında işə qəbul “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq aparılır.

Həmin qaydalara əsasən aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslər vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqədə iştirak edə bilərlər:

- Azərbaycan Respublikasının vətəndaşı olmayanlar;

- əyani şöbə üzrə ali təhsil alan vətəndaşlar;

- dövlət vergi orqanlarındakı vəzifə funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan müvafiq ali təhsilə malik olmayan şəxslər;

- müvafiq ixtisas üzrə elmi dərəcəsi olan, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslər istisna olmaqla yaşı 35-i keçmiş vətəndaşlar;

- qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar;

- üzərindən məhkumluğu götürülməyən və ya ödənilməyən namizədlər.

Bununla yanaşı, müvafiq ixtisas üzrə elmi dərəcəsi olan, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslərə münasibətdə yaş həddinə məhdudiyyət nəzərdə tutulmur.

Vergi orqanlarında kadr siyasəti ilə bağlı əlavə məlumatın alınması üçün Vergilər Nazirliyinin İnsan resursları departamenti ilə 012-403-81-35 nömrəli telefonla əlaqə saxlaya bilərsiniz.

Mənbə: taxes.gov.az