Maliyyə Nazirliyindən mühasiblər və Audit sahəsində çalışanlar üçün ƏLA ŞANS

  • PDF faylını al

Tələsin, Akkredaksiya ödənişsiz əsasla həyata keçirilir...

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi (METM) Nazirliyin və Dünya Bankının birgə “Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq” Layihəsi çərçivəsində Azərbaycanda mühasibat uçotu və audit sahəsində çalışan təlimçiləri ödənişsiz əsaslarla METM-də akkreditasiyadan keçməyə dəvət edir.

Eyni zamanda, mühasibat uçotu və audit üzrə təlimçilərin və ya bu sahədə karyeralarını qurmaq və potensiallarını tam olaraq reallaşdırmaq istəyən şəxslərin davamlı təhsilini təmin etmək məqsədilə METM ödənişsiz olaraq aşağıda qeyd olunan fənlər üzrə təlimçiləri "İmtahan suallarının hazırlanması metodikası" və "İmtahan nəticələrinin qiymətləndirilməsi metodikası" üzrə seminara dəvət edir. Seminar aşağıdakı fənlər üçün keçiriləcəkdir:


-Maliyyə hesabatlarının hazırlanması

-Maliyyə menecmenti

-Audit və əminlik

Seminar müvafiq sahələr üzrə beynəlxalq kvalifikasiyalara malik mütəxəssislər tərəfindən aparılacaqdır. Seminarın 2015-ci ilin may ayında keçirilməsi planlaşdırılır.

Maraqlı şəxslər ətraflı məlumat üçün aşağıdakı ünvana müraciət edə bilərlər:

Maliyyə Elm-Tədris Mərkəzi

Heydər Əliyev prospekti, 10

Bakı ş., Azərbaycan

Tel.: (012) 4048159 E-mail: Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.

Əlaqə üçün şəxs:

Elman Hüseynov, Maliyyə Elm-Tədris Mərkəzinin direktoru

Emil Əhmədov, Təlim üzrə koordinator

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.