Tutuquşunun məntiqi

  • PDF faylını al

 
Bir nəfər qonaq gedir. Qəfəsdəki tutuquşunu görüb soruşur:
- Bu nədir, nə üçün tutuquşunun hər iki ayağına sap bağlanıb?
Ev sahibi:
- Bu adi tutuquşu deyil. O, çox tərbiyəli və ağıllıdır. Bir sapı dartanda o, “sabahın xeyir”, o birini dartanda isə “gecən xeyrə qalsın” deyir.
Qonaq yenə soruşur:
- Bəs ikisini də dartanda nə deyir?
Tutuquşu dözməyərək cavab verir:
- Ay “tupoy”, onda mən yerə yıxılaram.