Sərnişindaşımada inanılmaz endirim

  • PDF faylını al

Hansı istiqamətlər üzrə sərnişin qatarlarında gediş haqqı tarifləri 35% aşağı salındı?

Bu gündən etibarən Azərbaycanda dəmir yolunda beynəlxalq sərnişindaşımalarda tariflər 35 faiz aşağı salınıb. Bu barədə fins.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib. Martın 11-də dəmir yolunda beynəlxalq sərnişindaşımalarda tariflər təxminən 35% artmışdı. Nadir Əzməmmədovun sözlərinə görə, beynəlxalq sərnişin daşımalarında bu artım Rusiya, Ukrayna və Gürcüstan dövlətlərində milli valyutanın İsveçrə frankına olan məzənnəsi dəyişdiyinə görə, İsveçrə frankına uyğun tənzimlənən tariflərə müvafiq olaraq tətbiq edilib. “Azərbaycan Dəmir Yollar” QSC bununla əlaqədar olaraq “Rusiya Dəmir Yolları” ASC-yə və "Gürcüstan Dəmir Yolları"na beynəlxalq sərnişin daşıma tariflərinin aşağı salınması barədə müraciət edib. Aparılan danışıqların nəticəsi olaraq tariflər əvvəlki səviyyəyə endirilib. Belə ki, Bakı-Moskva-Bakı və Bakı-Xarkov-Bakı, Bakı-Tbilisi-Bakı sərnişin qatarlarında gediş haqqı tarifləri 35% aşağı salınıb. Əvvəl gediş haqqı159 manat olan Bakı-Moskva qatarına bilet indi 103 manatdır. Bakı-Xarkov qatarına bilet 126 manatdan 91 manata, Bakı-Tiflis qatarına isə bilet 33 manatdan 26 manata endirilib.

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.