Yoxlama gəlir!

  • PDF faylını al

Rayona xəbər yayılır ki, mərkəzdən müfəttiş gəlir. Hamı onu qarşılamağa hazırlaşır. Müfəttiş 1-ci kolxoza gəlir:
- Qoyunlara nə verirsiniz?
- Təmiz buğda.
- Nə?! Kolxozun buğdasını zay edirsiniz?!
2-ci kolxoza gəlir:
- Siz qoyunlara nə verirsiniz?
- Əlimizə nə düşdü. Çox vaxt saman veririk.
- Nə?! Heyvanların yemini oğurlayırsınız?!
3-cü kolxozdakılar özlərini itirmirlər:
- Biz qoyunlara nağd pul veririk, nə istəyirlər, özləri alıb yeyirlər.