Amerikalı psixoloq rəhbərin gözünə necə girməyin yollarını göstərir

  • PDF faylını al

Sual: Bu yaxınlarda jurnalınızda müdirlə münasibəti necə qurmaq barədə yazı oxudum. Susan xanımın yazılarını həmişə maraqla oxuyub öz  gündəlik həyatımda tətbiq edirəm. Ona görə mənə maraqlı gəldi ki, müdirlə ünsiyyət necə qurulması ilə bağlı Susan xanımın hansı məsləhətləri var.

Cavab: Mən böyük məmnuniyyətlə sənə CEO ilə (müdirlə) necə münasibət qurmaq barədə bəzi məsləhətlər verə bilərəm. Amma əvvəlcə çox istərdim ki, iki sualı cavablandırasan. Heyf ki, bu, mümkün olmadı. İlk öncə bilmək istərdim ki, sən nə üçün CEO ilə münasibətlər qurmaq istəyirsən? Məqsədin odur ki, o, sənin şöbənə daha çox diqqət ayırsın? Yoxsa, sən ondan vəzifəni artırmağı gözləyirsən? İkinci sualım odur ki, sənin hazırda CEO ilə olan münasibətlərin nə yerdədir? Sən artıq etibarlı bir tərəfdaş kimi tanınırsan, yoxa tanınmayan işçisən? Məqsədini və sizin cari münasibətlərinizi anlamaq sənə imkan verəcək ki, konkret, ölçülməsi mümkün olan fəaliyyət planı hazırlayasan.

Bütün sağlam münasibətlərin kökündə qarşılıqlı inam və hörmət dayanır və işçi ilə rəhbər arasında olan münasibətlər də bu baxımdan istisna deyil. Əvvəlcə sən gərək iş yoldaşlarının və sənə nəzarət edən şəxslərin inamını və hörmətini qazanasan. Sənin rəhbərin və rəhbərliyin nəzərinə çarpman üçün müəyyən vaxt tələb olunur. Amma bacarıqlı, səmimi, güvənilən işçi kimi ad qazanmağın sənin rəhbərlik tərəfindən qəbul edilməyin üçün ilkin şərtdir.

Rəhbər şəxslə münasibət qurmaqda daha fəal olmaq üçün, bunu qəbul etmək lazımdır ki, uzunmüddətli münasibətlər hər iki tərəf üçün faydalıdır. Sən artıq bu münasibətdən necə faydalanacağını qeyd etdin. Bundan sonra, sənin fəaliyyət planın rəhbərinlə olan münasibətdən onunnecə faydalanacağını göstərməkdən ibarət olmalıdır. Əsaslandırmalısan ki, nə üçün o belə bir münasibətdə maraqlı olmalıdır. Rəhbərinin gündəliyində hansı məsələlərin olduğunu, şirkətin hədəfləri və qarşılaşdığı çətinlikləri öyrənməyə çalış. İşçilərin nəzərində şirkətin görən gözü və eşidən qulağı ol. İşçilərin hansı əhval-ruhiyyədə olmasını öyrənməyə çalış. Eşitdiklərini  danış və onların təsirlərini dilə gətir, eləcə də problemli vəziyyətlərdən çıxış yolları göstər. Bunu vərdiş halına gətirməyə çalış və əgər buna davam eləsən, bir müddətdən sonra mütəmadi olaraq səndən müxtəlif məsələlərlə bağlı fikirlərini soruşacaqlar.

Fikirlərini təqdim edərkən, çalış onların təşkilatın məqsədlərinə nail olmağa necə xidmət edə biləcəyini qabart. Və unutma ki, rəhbərliyin həmişə ən böyük önəm verdiyi məsələ rəqəmlərdir.  Fikirlərinin iş üçün əhəmiyyəti və nəticələri barədə danış. Təkcə fəaliyyətlərdən danışma. Bunu etməyin bir üsulu “FAB” adlanan metoddan yararlanmaqdır. Bir misal üzərində buna baxaq:

* Fəaliyyət: İşçilərlə nahar yeməyi.

* Əhəmiyyəti: Bu fəaliyyət imkan verir ki, işçilər rahat bir mühitdə öz suallarını birbaşa rəhbərliyə ünvanlaya bilsinlər.

* Faydaları: Bu fəaliyyət rəhbərliyə işçilərin şirkətin maddi uğurlarının qazanmasında əhəmiyyətli olduğunu görməyə imkan verir, eləcə də işçilər onları narahat edən cari məsələlər barəsində xəbərdar olurlar.

Şirkət rəhbərlərinin az vaxtı olur. Çalış, rəhbərin köməkçisi ilə işgüzar münasibətlər qur və bunun üçün hansı günlərin və vaxtların əlverişli olduğunu müəyyənləşdir. Münasibətlərin davam etməsini təmin etmək üçün qısa və lakin mütəmadi görüşlər təşkil et. Bu münasibətlərdə bir az güzəştə gedən və yardımçı olmağa çalışan tərəf ol. Təklif elədiyin hər hansı bir layihənin, məlumatın və yaxud da fikrin detallarını özün üçün əvvəlcədən müəyyənləşdir, əgər vaxt azdırsa, görüş zamanı bəzi detallara toxunmaya bilərsən. Hər bir görüşün əvvəlində ötən görüşün nəticələrini müzakirə et. Bu işləri həvəslə yerinə yetirməyə və lazım olan zamanlarda işin başında olmağa çalış.

Sonda bir məsələni də qeyd etmək istəyirəm. Rəhbər ilə münasibət yaratmağın işin və özün üçün üstünlükləri var. Sənin digər müxtəlif adamlar və qruplarla da səmimi dostluq münasibətləri qurmağında fayda var və bu zaman dostluğun özü bir üstünlük halına çevrilir. Tədricən, adətən 2-3 ilə, sən bu dostluq münasibətlərinin işinə və şəxsi maraqlarına faydalı olduğunu görəndə təəccüb hissi keçirəcəksən. İlk baxışdan şans, bəxt kimi qiymətləndirdiyin şey əslində əvvəllər yaratmış və inkişaf etdirmiş olduğun münasibətlərin nəticəsidir.