Azərbaycanda hansı bank kreditlərin telefon vasitəsilə ödənişini tətbiq edib?

  • PDF faylını al

Azərbaycan bankı "AccessBank" yeni xidmətin işə salındığını elan edib. Bankdan çərşənbə günü Trend-ə verilən məlumata görə, bu xidmət vasitəsilə kredit müştəriləri bir neçə dəqiqə ərzində, sadəcə, bankın ümumi zəng mərkəzinə *0151 nömrəsinə zəng vurmaqla öz kreditlərini ödəyə bilərlər.

Kreditin tam və ya qismən ödənilməsini həyata keçirmək üçün "AccessBank" plastik kartının mövcudluğu tələb olunur. Bu xidmət bankın müştərilərinə öz vaxtlarına əhəmiyyətli dərəcədə qənaət etməyə kömək edəcək və hər bir ödəniş zamanı filiala gəlmək zərurətini aradan qaldıracaq.

"AccessBank" göstərdiyi xidmətlərin keyfiyyətini daim təkmilləşdirməyə çalışır. Krediti telefonla ödəmək imkanı müştərilərimizə vaxta qənaət etməkdə kömək edəcək", - "AccessBank"ın baş meneceri Andrev Pospilovski deyib.

Bu xidmət haqqında ətraflı məlumatı, *0151 nömrəsi ilə ümumi zəng mərkəzi ilə əlaqə saxlamaqla, bankın rəsmi saytına və ya "Facebook" səhifəsinə daxil olmaqla, yaxud da "AccessBank"ın istənilən filialına gəlməklə əldə etmək olar.

 

Mənbə: trend.az