DSMF hesabatları nə vaxt təqdim olunmalıdır və maliyyə sanksiyası necə hesablanır?

  • PDF faylını al

 

Əmək qanunverciliyinin maraqlı tərəflərindən biri də qeyd etdiyimiz kimi fərdi uçotla bağlı olan məlumatlardır. Bundan əlavə, müəssisələrin işçilərin əməkhaqqılarının, məcburi sosial sığorta məbləğlərinin hesablanması, ödənilməsi kimi əməliyyatlar üzrə birbaşa münasibətdə olduğu təşkilat Dövlət Sosial Müdafiə Fondu və onun yerli orqanlarıdır.

Məcburi sosial sığorta haqlarını hesablamalı olan hüquqi və fiziki şəxslər qeydiy yatda olduqları DSMF-in yerli orqanına B1 formalı rüblük və illik hesabat təqdim etməlidir. Rüblük hesabat rüb başa çatdıqdan sonra növbəti ayın 20-ə kimi, illik hesabat isə il başa çatdıqdan sonra mart ayının 1-ə kimitəqdim olunmalıdır. Sığortaedən rüblük B1  hesabat formasını rübdən sonrakı növbəti ayın 20-ə kimi təqdim etmədikdə, ona hesabatda göstərilən hesablanılmış məcburi sosial sığorta məbləğinin 10%-i məbləğində maliyyə sanksiyası tətbiq olunur. Fəaliyyətin olmaması haqqında arayış yuxarıda qeyd olunan vaxta kimi verilməsə, sığortaedən 44 manat cərimələnir.