"Əmək Münasibətləri: A-dan Z-yə" kitabın təkmilləşdirilmiş 4-cü nəşrinin satışı yekunlaşdı

  • PDF faylını al

Oxucuların çoxsaylı istəklərinizi, təkidlərinizi nəzərə alaraq «Əmək münasibətləri: A-dan Z-yə» kitabının 4-cü təkmilləşdirilmiş nəşrini çap etməyə qərar verdik. Mühasiblər və kadrlarla iş üzrə mütəxəssislər üçün nəzərdə tutulmuş kitabın 4-cü nəşrini hazırlayanda da məqsədimimizi, məramımızı dəyişməmişik. Məqsədimiz işinizi yüngülləşdirmək, qanunvericilikdə ziddiyyətli görünən məqamları mümkün qədər sadələşdirmək, iş prosesində qarşılaşdığınız çətinlikləri dəf etməkdə bir dost kimi əlinizdən tutmaqdır. Ona görə də kitabda onlarla nümunəvi formadan, yüzdən artıq misaldan istifadə etmişik, əmək münasibətləri ilə bağlı hətta ən mürəkkəb mövzunu belə sadə çəkildə təqdim etməyə çalışmışıq.

Ötən nəşrlərdəki kimi kitabda mövzular sistemləşdirilərək fəsillərə bölünüb. Bu da oxucunun kitabdan istifadəsini asanlaşdırmaq məqsədilə edilib. Hər fəsildə əhatə olunan mövzunun xırdalığına qədər mündəricatda əks etdirilməsi isə axtardığınızı vaxt itkisi sərf etmədən əlüstü tapmanıza yardımçı olacaq. Kitab tərtib olunarkən mövzu ardıcıllığı müəssisənin insan resurslarında işin qurulmasına nədən başlanılmalı, harda qurtarılmalı prinsipi ilə yerləşdirilib. Ona görə də işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Kitabın mündəricatını yükləyin

KİTABIN NƏŞRİ YEKUNLAŞIB....