23 yaşında qızın köməklik istəyinə "MK"nın eksperti Susan McAninch dəstək olur

  • PDF faylını al

"23 yaşım var, valideynlərim ailə qurmağı tələb edirlər. Ailə qurmaq istəmirəm, üstəlik valideynlərimin məsləhət gördüyü şəxslə heç istəmirəm. Bu qərarımı anama bildirsəm də, atam onu ciddi narazılıqla qarşıladı. Atam bu evliyiyin baş tutmamasının onun iş karyerasına mənfi təsir edəcəyini söyləyir. Deyir ki, əgər razı olmasam, məni övladlıqdan çıxacaq və ömrü boyu mənimlə danışmayacaq."

Sual: Salam  Susan xanım.  Xahiş edirəm ki, mənə də bir çətin məsələdə dəstək olasınız.   Mənim düşdüyüm sitatusiyaya bəlkə də Sizin yaşadığınız ölkədə rast gəlinmir. 23 yaşım var, valideynlərim ailə qurmağı tələb edirlər. Ailə qurmaq istəmirəm, üstəlik valideynlərimin məsləhət gördüyü şəxslə heç istəmirəm. Bu qərarımı anama bildirsəm də, atam onu ciddi narazılıqla qarşıladı. Atam bu evliyiyin baş tutmamasının onun iş karyerasına mənfi təsir edəcəyini söyləyir. Deyir ki, əgər razı olmasam, məni övladlıqdan çıxacaq və ömrü boyu mənimlə danışmayacaq. Məni böyüdüb başa çatdıran valideynlərimlə münasibətlərimi korlamaq istəmirəm. Düşünürəm ki, bu addımı atsam, sonradan vicdan əzabı cəkəcəm. Çox xahiş edirəm ki, mənə düzgün yol göstərəsiniz.

Gülnarə İsayeva

Cavab: Əzizim Gülnarə! Razılaşıram ki, sizin düşdüyünüz situasiya həqiqətən də çətindir. Valideynləriniz tələb edir ki, onların seçimi ilə, razılaşma əsasında nikaha daxil olasınız. Siz hələ ailə qurmaq istəmədiyinizi və ümumiyyətlə, sevmədiyiniz adama ərə getmək fikrində olmadığınızı ifadə etmisiniz. Atanız isə bu evlilikdən imtina etdiyiniz təqdirdə karyerasının alt-üst olacağını deyir. Belə seçim qarşısında qərar qəbul etmək həqiqətən də ağırdır. Hansı yolu seçməyinizdən asılı olmayaraq, siz onun çox ciddi və xoşagəlməz fəsadları ilə üzləşəcəksiniz.   
Tarixən, valideynlərin razılığı əsasında baş tutan nikahlar Şərq ənənəsi və mədəniyyətinin bir hissəsi olub. Bu gün sənin ölkəndə iki dünya bir-biri ilə ziddiyyət halında vəhdətdədir. Bunlardan biri özünü sizin atanızın simasında təcəssüm etdirən, qərarvermədə valideynlərin dominantlığının  tərəfdarı olan ənənəvi dünyadır (“Son söz həmişə ata deməlidir” fikri), digər isə ailənin iki yetkin insanın qərarı və istəyi əsasında qurulmalı olduğunu söyləyən, gender bərabərliyi və şəxsə öz taleyini özü müəyyən etmək hüququnun verilməli olduğunu irəli sürən  müasir dünyadır.
Mənim razılıq əsasında baş tutan nikahlar haqqında biliklərim nisbətən məhduddur. Məni narahat edən nüanslardan biri belə nikahların çox erkən yaşlarda bağlanmasıdır. Amma bu başqa bir mövzudur. Mən dəqiq bilmirəm ki, hazırda Azərbaycanda razılaşma əsasında baş tutan evliliklərin digər evliliklərlə müqayisədə sayı nə qədərdir. Yəni, hansı üstünlük təşkil edir və razılıq əsasında baş tutan nikahların hansı qismini məcburi evlilik adlandırmaq olar. Mən ümid edirəm ki, rəqəmlərin böyük və ya kiçikliyindən asılı olmayaraq, bu gün Azərbaycan cəmiyyətində elə bir açıqlıq var ki, sizə öz ölkənizin mədəniyyəti çərçivəsində dəstək və arxa-dayaq tapmağa imkan verəcək. Başqa sözlə desək, sənin yaşadığın cəmiyyətdə sənin dərdini dinləyəcək və kömək edəcək adamlar var. Bu, sizin ananız, bacı-qardaşınız, qohumunuz və ya dost-tanış da ola bilər.
Razılıq əsasında nikahla bağlı ənənə, mədəniyyət və valideynlərin niyyəti, həmçinin qadının ailədə və cəmiyyətdəki rolu ilə bağlı bir sıra faktorlar var. Təəssüf ki, onları dərindən dərk etməyə çətinlik çəkirəm. Çünki cəmiyyətiniz haqqındakı təsəvvürlərim məhduddur. Bu bilgilər olmadan sizin düşdüyünüz dilemmanın bütün aspektlərini anlamaq qeyri-mümkündür. Siz cəsarət və hörmət nümayiş etdirib, məndən yolu tapmağa kömək edəcək məsləhət istəyirsiniz. Əvvəla, Azərbaycan mədəniyyəti haqqında olan dar təsəvvürlərimi və mənim amerikan mədəniyyətinin nümayəndəsi olduğumu nəzərə almağınızı xahiş edirəm. Çalışacağam ki, sizə qarşı hörmətimin izharı kimi əlimdən gələni edim,  bəzi tövsiyələrimi verim.
Adətən, mən aralarında konflikt olan pasiyentlərimə sadə bir çıxış yolu təklif edirəm. Bəzən bu olduqca fərdi, bir neçə qaydaya riayət etməklə reallaşa bilər. Məsələn, müəyyən zaman intervalında onlardan biri fasiləsiz olaraq danışır. Sonra isə digəri eşitdiklərini olduğu kimi təkrar edir. Bəzən insanlar eyni fikri səsləndirməli olduğu halda, o qədər təhrifə yol verirlər ki, üçüncü, neytral tərəfin müdaxiləsi və iştirakı mütləq vacib olur. Bir növ o, hakim qismində çıxış edir. Uğurlu nəticə isə odur ki, insanlar sonda bir-biri ilə razılığa gəlirlər.
Ən yaxşı halda insanlar müzakirə edir, danışıqlar aparır və konflikti həll edirlər. Yekunda hər bir tərəf özünü məmnun hiss edir. Sizin situasiyaya gələk. Siz atanızla belə bir dialoq qura bilərsinizmi? Siz qarşılıqlı hörmətin hökm sürdüyü bir mühitdə oturub söhbət edə bilərsinizmi? Atanızın ənənəvi mühafizəkar mövqeyini, sizi övladlıqdan məhrum edəcəyi barədə dediyi sərt hədələri nəzərə alaraq, mən ehtiyat edirəm ki, o, sizinlə bərabərhüquqlu bir müstəvidə söhbət etməyə razı olsun. Onun qız övladının hüquqları və ailə qarşısında daşıdığı borc və vəzifələri, eləcə də özünün ailə başçısı kimi mövqeyi haqqında şəxsi düşüncə tərzi var. Amma siz yenə də cəhd edə bilərsiniz. Ən azından ona görə ki, valideynlərinizi başa düşmək üçün hər cür səy göstərdiyinizə və onlara da sizi başa düşmək üçün imkan verdiyinizə özünüzü əmin etməkdən ötrü bunu etməyə dəyər. Atanıza deyə bilərsiniz ki, siz onun düşdüyü vəziyyəti başa düşürsünüz. Amma istəyirsiniz ki, o da sizin indiki və gələcək vəziyyətinizi başa düşsün. Sakit və təmkinli olun, söhbət zamanı emosiyaları bir qırağa qoyun.     
Gülnarə xanım, mənə elə gəlir ki, siz “indi evlənmək fikrim yoxdur, özümün seçmədiyim adama daərə getmək istəmirəm” deməklə, əslində nə etmək istədiyinizi bilirsiniz.   
Lakin digər tərəfdən siz öz şəxsi ehtiyaclarınızı qarşılamaqdan, həmçinin atanızla əlaqələrin kəsiliəcəyindən və onun sizi bağışlamayacağından ehtiyat edirsiniz. Bu hədələr çox güclüdür və günahı heç aid olmadığı bir yerə - məhz sizin üzərinizə qoyur. Müəyyən səbəblərdən mən anlaya bilmirəm ki, nəyə görə atanız, öz hərəkətlərinin nəticəsinə görə məsuliyyəti məhz sizin üzərinizə qoymağa çalışır. Nəyə görə onun karyerası ilə bağlı problemlərinin olması sizin günahınızdır və nəyə görə sizdən üz döndərən odur, amma günah yenə sizin üzərinzdədir, o sizi bağışlamır, amma buna görə də günahı sizin üzərinizə atır. Sizi övladlıqdan məhrum etmək və ya sizi bağışlamamaq kimi qərarlara görə siz deyil, sizin atanız məsuliyyət daşıyır. Onun iş yerində baş verənlərə görə də məsuliyyəti siz yox, o daşıyır. Əgər karyerası uğursuz olacaqsa, bu, sizin yox, onun günahıdır.  Əgər ərə getməmək qərarı versəniz və atanız sizi övladlıqdan çıxarsa və sizinlə əlaqələri kəssə, siz dəhşətli ağrı hiss edə və kədərlənə bilərsiniz, amma yenə də özünüzü günahkar hiss etməli deyilsiniz. Günah hissi uğursuzluğa uğramış məsuliyyətdən yaranır, amma bu situasiyada siz onun hərəkətlərinə görə məsuliyyət daşımırsınız. Siz yalnız öz hərəkətinizə görə məsuliyyət daşıyırsınız.
[10:42:37 AM] Anar Bayramov: Mən inanıram ki, valideynlərinizi sevirsiniz və sizin onlarla münasibətləri korlamamaq niyyətinizi yüksək qiymətləndirirəm. Sizin onların tələblərinə qarşı çıxmağa özünüzdə cəsarət tapmağınız da məni çox təsirləndirdi. Baxmayaraq ki, mən hədələrdən istifadə etməyin qəti əleyhinəyəm, ancaq inanıram ki, valideynləriniz əllərindən gələnin ən yaxşısını etməyə çalışırlar