Mühasibatlıqda hansı tip öhdəliklər qiymətləndirilmiş öhdəliklər kimi nəzərə alınır?

  • PDF faylını al

Qiymətləndirilmiş öhdəliklərin misalla izahı

Təcrübədə ən çox rast gəlinən əməliyyatlardan biri də malların, xidmətlərin, işlərin zəmanətli satışıdır. Firma hər hansı bir malı satır və zəmanət verir ki, məsələn, 1 il müddətində və ya bir neçə il müddətində malda hər hansı bir qüsur olsa, onu yenisi ilə əvəz edəcək və ya alıcı tərəfindən heç bir ödəniş olunmadan qüsuru aradan qaldıracaq. Satıcı müəssisə bu qüsurları aradan qaldırmaq üçün əvvəlcədən özündə öhdəlik yaradır ki, belə bir hadisə baş versə, həmin öhdəlik hesabına qüsuru aradan qaldırsın.
Və yaxud təcrübədə çox rast gəlinən başqa bir hal. Tutaq ki, təşkilatın maşınları istehsalat öhdəliklərini yerinə yetirən zaman başqa bir firmanın işçilərinə xəsarət yetirib. Hər iki firma arasında məhkəmə çəkişməsi gedir.

Hesabat ilinin sonunda maşınların sahibi olan firmanın vəkilləri rəhbərliyə bildirirlər ki, firmamızın uduzmaq ehtimalı çoxdur (məsələn, 70%), əgər uduzsaq, onda 20.000 manat cərimə ödəməliyik. Bu əməliyyat qiymətləndirilmiş öhdəlik sayılır. Qiymətləndirilmiş öhdəliklə bağlı çoxlu misal göstərmək olar.
Mənbə: “Mühasibat uçotu” kitabı
P.S. “Mühasibat uçotu” kitabının satış qiyməti 20 manatdır. Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir. Hal-hazırda kitabın satışı yekunlaşıb və yaxın zamanlarda çapı planlaşdırılır. Gələcəkdə kitabı əldə etmək üçün əlaqə telefon nömrənizi Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.   və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.