Vergi Məcəlləsində minimum əmək haqqını nə ilə əvəz edəcəklər?

  • PDF faylını al

Vergi Məcəlləsinə edilən dəyişiklikdən sonra 200 manata qədər əmək haqqının gəlir vergisinin hesablanmasının misalla izahı - yalnız "MK"-da

Vergi Məcəlləsinə 102.1.6-cı maddəsinə təklif olunan dəyişikiyə görə, artıq  Fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 200 manatadək olduqda, minimum əmək haqqının yox  ölkə üzrə yaşayış minumumun 1 misli, illik gəliri 2400 manatadək olduqda, minimum əmək haqqının yox  ölkə üzrə yaşayış minumumun 12 misli məbləğində olan hissəsi qdər azalacaq.

 

Misalla izah edək ki, tutaq ki, 180 manat əmək haqqı alan və heç bir güzəşt hüququna malik olmayan işçinin gəlir vergisi 12.11 manat ((180-93.50)x14%) edirdisə, artıq dəyişiklikdən sonra bu rəqəm 8,96 manat((180-116)x14%)) edəcək. Misaldan göründüyü kimi, yeni dəyişiklik təsdiq olundan sonra 200 manata qədər əmək haqqı alan işçilərin gəlir vergisində 3,15 fərq ((116-93.50)x14%) yaranacaq.
Qeyd edək ki, prezidentin 24 dekabr 2012-ci il tarixində təsdiqlədiyi “ Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən 2013-cü il üçün yaşayış minimum ölkə üzrə 116 manat təsdiq edilib.

Sonda VACİB məqamı qeyd edək ki, 116 manat ilkin dəyişikliyin layihə formasında nəzərə alınmışdı. Sonradan Prezidentin təsdiq etdiyi Qanunda ölkə üzrə yaşayış minumumu yox  əmək qabiliyyətli əhali ucun olkə uzrə yaşayış minimumu əsas götürüldü. Qeyd edək ki, əmək qabiliyyətli əhali ucun olkə uzrə yaşayış minimumu 125 manatdır.

Bu haqda geniş məlumat saytımızda verilib.

http://mks.az/index.php?option=com_content&view=article&id=2350:prezidentin-vergi-mcllsin-tsdiq-etdiyi-qanunda-cdd-dyklk&catid=42:uemumi-iqtisadi-xbrlr&Itemid=108


P.S. Hörmətli oxucular, Monitor Konsaltinq Servis" hər il olduğu kimi yanvar ayından etibarən  "Vergi Məcəlləsi -2013" kitabını hazırlayacaq xidmətinizə təqdim edəcək. Bu nəşrimizdə Vergi Məcəlləsi və normativ hüquqi sənədlərlərin çapı ilə yanaşı Məcəlləyə edilən SON əlavə və dəyişikliklərin şərhi də veriləcək. Bundan əlavə kitabın üzərində bonus olaraq veriləcək "CD"-də qanunvericilik sənədlərin elektron varianti və əmək haqqı kalkulyatoru yerləşdiriləcək. Qeyd edək ki, kitabı əldə etmək istəyənlər öz əlaqə nömrələrini Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. email adressinə və ya 437-32-67 saylı telefonla bildirməyini xahiş edirik.