65 yaş məhdudiyyəti ilə bağlı Əmək Məcəlləsinə edilmiş əlavələrdə olan məhdudiyyətlərin misalla izahı

  • PDF faylını al

Əmək Məcəlləsinə edilmiş əlavələrdə büdcə təşkilatlarıına bu istiqamətdə müəyyən məhdudiyyətlər də qoyulub. Birinci məhdudiyyət hər hansı bir büdcədən maliyyələşən sahə üzrə ümumi işçilərin sayı ilə balıdır. 

Səhiyyə sahəsi ilə bağlı olan məhdudiyyətlərə baxaq. Tutaq ki, respublikamızın ərazisində büdcədən maliyyələşən 100 sə-hiyyə müəssisəsi var, onlar Səhiyyə Nazirliyinə tabedir və bu 100 müəs-sisədə 15.000 səhiyyə işçisi çalışır. Odur ki, Məcəlləyə edilən əlavədə qeyd olunan 15% məhdudiyyəti ümumi işçilərin sayını nəzərdə tutur. Burda söhbət bir müəssisədən getmir. Yaşı 65-dən çox olan işçilərin sayı bu sahə üzrə işçilərin ümumi sayının 15%-dən çox ola bilməz. Bizim misalda bu 2250 nəfərə (15.000 * 15%) bərabərdir. Digər bir məhdudiyyət isə müəssisə üçün nəzərdə tutulub. Qeyd olunub ki, hər bir müəssisədə çalışan işçilərin sayının 2%-dən artıq olmamaqla, yaşı 65-dən yuxarı işçilərin işləməsinə icazə verilir. Məsələn, müəssisədə 200 nəfər işləyirsə, onda 4 nəfər (200* 2% ) 65 yaşdan yuxarı işçi işləyə bilər. Bəs, işçilərin sayı 20 nəfər, 50 nəfər, 60 nəfər, 100 nəfər, 120 nəfər olduqda bu proses necə tənzimlənir? Məcəlləyə olunan əlavədə bu da nəzərə alınıb. Qeyd olunub ki, təşkilatın işçilərinin sayı 100 nəfərdən az olduqda, çılaşma müddəti uzadılmış işçilərin sayı 2 ştat vahidinə qədər yuvarlaqlaşdırılır. 100 nəfərdən çox olduqda isə artıq tam 50 nəfər götürülməlidir. Məsələn, 120 * 2% = 2,4 nəfər alınsa da, yaşı 65-dən çox 2 nəfər işçi işləyə bilər. Və yaxud 150 * 2% = 3 nəfər olur. Belə başa düşmək olar ki, 100 nəfərdən yuxarı tam 50 olduqda ştat artırıla bilər.

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.