Fərdi uçot qaydalarının pozulması hallarında işəgötürənə hansı cərimələr tətbiq olunur?

  • PDF faylını al

İndi isə fərdi uçot qaydalarının pozulması hallarında tətbiq olunan cərimələrə nəzər yetirək. Belə cərimələr Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 257-4 və 257-2 –ci maddələri ilə tənzimlənir.
Maddə 257-2. məcburi dövlət sosial sığortası qaydalarının pozulması 
Məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə -
– fiziki şəxslər iyirmi manat miqdarında, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda cərimə edilir.
Maddə 257-4. dövlət sosial sığorta sistemində fərdi uçot haqqında qanunvericiliyin pozulması
Sığortaedənlər tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sığortaolunanlar haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə –
– fiziki şəxslər otuz manat miqdarında, vəzifəli şəxslər səksən manat miqdarında, hüquqi şəxslər iki yüz əlli manat miqdarında cərimə edilir.
Bu inzibati cərimələr işəgötürənlərə, rəhbər işçilərə tətbiq olunur.