Qeyri-maddi aktivlər nədir və yeni hesablar planında necə uçota alınır?

  • PDF faylını al

 

Mühasibat balansının 10-cu maddəsi “Qeyri-maddi aktivlər” adlanır. Qeyri-maddi aktivlər ayrıca olaraq 12 №-li Milli Mühasibat Uçotu Standartında açıqlanır. Qeyri-maddi aktivlər fiziki formaya malik olmayan qeyri-monetar aktivlərdir. 

Mühasibat balansının bu maddəsinə amortizasiya xərcləri çıxıldıqdan sonra təcrübə-konstruktor işlərinin xalis balans dəyəri, qudvil, proqram təminatı, patent, lisenziya, ticarə tmarkası və müəssisənin nəzarət etdiyi sair qeyri-maddi aktivləraiddir. “Qeyri-maddi aktivlər” hesablar planının 101-ci hesabında uçota alınır. Qeyri-maddi aktivlər müəyyən və qeyri-müəyyən faydalı istifadə müddətinə malik olan aktivlər kimi təsnifləşdirilir. Mühasibat uçotunun hesablar planının 102-ci hesabında müəyyən faydalı istifadə müddətinə malik olan aktivlərin amortizasiyası təqdim olunur. Bu aktivlərə göstərilən müddət ərzində müəssisənin uçot siyasətinə əsasən qəbul etdiyi hesablama metodikasına uyğun olaraq amortizasiya hesablanır. Müəyyən faydalı istifadə müddətinə malik olmayan qeyri-maddi aktivlər isə amortizasiya edilməməklə, onların faydalı istifadə müddəti hər il yenidən qiymətləndirilməlidir. Belə ki, 19 №- li Milli Mühasibat Uçotu Standartına əsasən qudvilin müəyyən faydalı istifadə müddətinə malik olmayan qeyri-maddi aktiv olduğunu nəzərə alaraq amortizasiya edilmir. Eyni zamanda, 24 №-li Milli Mühasibat Uçotu Standartına uyğun olaraq həmin aktivin hər il yenidən qiymətləndirilməsi tələb edilir.