Hansı hallarda vətəndaş vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz?

  • PDF faylını al

Vergi Məcəlləsinin 54-cü maddəsinə əsasən, şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz:
vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması;
vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması;
vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması;
vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlbetmə müddətinin qurtarması.