Yeni hesablar planında öhdəliklərin uçotunun misalla izahı

  • PDF faylını al

Əvvəlki bölmələrdə qeyd etmişdik ki, yeni hesablar planının ən yaxşı cəhətlərindən biri də debitor, kreditor borcların, öhdəliklərin uzunmüddətli və qısamüddətli (cari) hissəyə ayrılmasıdır. Bir daha bildirmək istəyirik ki, hesabat ilindən sonra, daha doğrusu, 31 dekabrdan sonra 12 ay ərzində ödəniləcək hər hansı borc qısamüddətli (cari), bu müddətdən sonra ödəniləcək hər hansı bir borc isə uzunmüddətli sayılır. Bir xırda, amma vacib məqamı
da qeyd edək ki, bir ildə uzunmüddətli borc olan məbləğ artıq növbəti ilin sonunda cari borc kimi uçota alına bilər.
Məsələn, tutaq ki, kreditor borcun ödənilməsi aşağıdakı kimi olacaq:
2011-ci ilin sonuna kimi - 5.000 manat
2012-ci ilin sonuna kimi - 5.000 manat
2013-cü ilin sonuna kimi - 5.000 manat
Burada 2010-cu ilin balans hesabatı tərtib olunan zaman 5.000 manat cari borc kimi, 2012-ci il və 2013-cü ilin borcları (10.000 manat) isə uzunmüddətli borc kimi uçota alınacaq. Amma 2011-ci ilin balans hesabatında artıq 2012-ci ilin borcu uzunmüddətli borcdan silinməlidir və cari borc kimi uçota alınmalıdır. Bu zaman uzunmüddətli borc artıq 10.000 manat yox, 5.000 manat olacaq. Mühasiblərə bu məsələdə diqqətli olmağı məsləhət görürük.
Köhnə hesablar planında öhdəliklər adlı balans hesabı yoxdur. Amma yeni hesablar planında öhdəliklər nəzərdə tutulub, uzunmüddətli və qısa müddətli öhdəliklər olmaqla 2 yerə ayrılıb. Yeni hesablar planında 4 saylı bölmə “Uzunmüddətli öhdəliklər” adlanır və burada öhdəliklərlə yanaşı, kreditor borcları uçota alınır. Kreditor borcları haqqında sonrakı bölmələrdə məlumat veriləcək.