Əmək Məcəlləsinin 77-ci maddəsinin 5-ci hissəsi niyə ləğv olundu?

  • PDF faylını al

01 yanvar 2018-ci il tarixdən etibarən tətbiq olunan bu dəyişiklik də İŞÇİNİN ƏLEYHİNƏDİR...
 
01 yanvar 2018-cil tarixdən tətbiq olunan Əmək Məcəlləsinə dəyişikliklər haqqında məlumatlar verməyə davam edirik. Məlumat üçün bildirək ki, yeni dəyişikliklərin izahı və yeni Əmək Məcəlləsi yeni nəşrimiz olan "Əmək Qanunvericiliyi Toplusu- 2018" kitabında geniş verilib.
İndi isə, 77-ci maddəyə olan olan dəyişiklik haqqında məlumat verək:
1.3. 77-ci maddə üzrə:
1.3.4. 5-ci hissə ləğv edilsin;
Qeyd etdiyimiz kimi, dəyişikliyə qədər əmək müqaviləsi Əmək Məcəllənin 70-ci maddəsinin «a» və «b» bəndləri ilə ləğv edilərkən işçilərə işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əməkhaqqı ödənilirdi. Artıq yeni dəyişikliyə əsasən, bu cür ödəmələr verilməsi Əmək Məcəlləsində nəzərdə tutulmayıb.
Bu səbəbdən də, 77-ci maddənin 5-ci, yəni aşağıdakı hissəsi ləğv olunub:
 
5. Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan orta əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən işçiyə verilən müvafiq arayışlar əsasında ödənilir. Həmin arayış işdən çıxan gündən bir ay müddətində müvafiq icra hakimiyyəti orqanında [Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Baş Məşğulluq İdarəsi və onun yerli
orqanları vasitəsi ilə)] qeydiyyata alınan şəxslərə verilir. Bu ödəmələr işəgötürən, müəssisə ləğv edildikdə isə onun əmlakının yeni mülkiyyətçisi (əmlakın operativ idarəçiliyini həyata keçirən hüquqi, fiziki şəxs) tərəfindən ödənilməlidir. Bu qayda müəssisəni satın alan yeni mülkiyyətçiyə, o cümlədən bu maddənin dördüncü hissəsində nəzərdə tutulmuş hala şamil olunmur.
 
Göründüyü kimi, bu dəyişiklik də, daha çox İşçinin əleyhinədir. 
 
-----------------------------------------------------------------------------------------------------------------------------------
Əmək Qanunvericiliyi Toplusu 2018 kitabı satışda
 
www. Mks. az saytı yenidən nəşrləri ilə həmkarlarımızın görüşünə gəlir:
"Əmək Qanunvericiliyi Toplusu -2018" kitabı satışda.
 
Kitabda 01 yanvar 2018-ci il tarixinə olan dəyişikliklərlə Əmək Məcəlləsi, Nazirlər kabinetinin qərarları və sahəvi qurumların normativ hüquqi aktları yerləşdirilib. Əlavə olaraq Əmək Məcəlləsinə son dəyişikliklər şərh olunub.  Üstəlik Əmək və Əhalinin sosial Müdafisəi Nazirliyinin ekspertlərinin əmək qanunvericiliyindəki bəzi mübahisəli məqamlarla bağlı rəsmi mövqeyi verilib. Nəhayət, www.mks.az saytının ekspertlərinin bəzi aktual məsələrlə bağlı şərhləri yerləşdirilib.
Kitabı əldə etmək üçün bizim əlaqə vasitələrimizlə (012 564 86 85, 050 368 12 72) sifariş verə bilərsiniz. 
Çatdırılma pulsuzdur. 
Kitab iki iş günü ərzində çatdırılır. Kitabın satış qiyməti 12 (on iki) manatdır.