Monitor Konsaltinq jurnalının 38-ci sayı üçün

  • PDF faylını al

Baş redaktor Qalib Toğrulun təqdimatında

Heç şübhəsiz ki, 2012-ci ilin sentyabr ayının ən böyük hadisəsi Macarıstan məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərovun Azərbaycan Respublikası Prezidenti tərəfindən Vətənə ekstradasiya olunması və əfv edilməsi oldu. Bu təkcə siyasi hadisə deyil, həm də mənəvi və tarixi olay idi. Yəqin ki, Ramil Səfərovun Vətənə dönüşü bir çox ölkələrin tarix dərsliklərinə düşəcək və müxtəlif rakurslardan ona şərhlər veriləcək. Yer üzündə türkün sayının azalması kimi murdar bir məqsədi özünün alı niyyətinə çevirmiş Ermənistanın nifrət püskürən reaksiyası, bir stəkan suda fırtına yaratmaq cəhdləri, atılıb-düşməsi də tarix dərsliklərində bəzən şərh, bəzən də, osmanlı türkləri demişkən, alay konusu olacaq.
Ramil Səfərovun Vətənə dönüşünə, onun əfv edilməsinə Avropa ölkələrinin, ABŞ-ın yumşaq desək, mənfi reaksiyası mənə ötən əsrin əvvəllərində ermənilər tərəfindən amansızlıqla qətlə yetirilmiş Azərbaycan böyük oğullarının – Fətəli xan Xoyskinin, Nəsibbəy Yusifbəylinin, Behbudxan Cavanşirin nakam taleyini xatırlatdı.
Bu dünyanın bir gözü kor, bir qulağı kar olmasaydı, bizim də faciələrimizi görər, bizim də ərşə bülənd olan ah-naləmizi, fəryadımızı eşidərdi. Bu dünyanın türkə, müsəlmana münasibətdə ürəyi daşa dönməsəydi, İstanbulun göbəyində, günün günortasında Azərbaycan Cümhuriyyətinin daxili işlər naziri olmuş Behbudxan Cavanşiri qətlə yetirən Torlakyanı ingilis hakimlər məhkəmə zalından açıb buraxmazdı.
Bu dünyanın bir gözü kor, bir qulağı kar olmasaydı, ötən əsrin 70-ci illərinin sonu, 80-ci illərinin əvvəllərində dünyanın müxtəlif guşələrində, lap elə özünü demokratiyanın beşiyi sayan Avropa ölkələrində neçə-neçə türk diplomat erməni terror maşınının qurbanına cevrilməzdi.

Belə ikiüzlü siyasət yeridən Avropa dövlətlərinin ikili standartlarına görəndə dünyanın üzünə tüpürmək istəyirsən, yanan əlini təpmək üçün bir yer tapa bilmədiyinin fərqinə varırsan.
Bu hadisədən yeganə qazancımız müxalifət və iqtidar partiyalarının birlikdə hadisəyə birmənalı münasibət sərgiləyən bəyanata imza atmaları oldu. Bu, milli məsələlərdə vətənimizin sayılıb seçilən övladlarının birləşə, külüngü bir yerə vurmasının təcəssümü oldu.
Hə, bir də münaqişə başlayandan bu yana, mən ilk dəfə ermənilərə Azərbaycan tərəfindən böyük zərbə  vurulmasının şahidi oldum. İlk dəfə Ermənistanı qabaqlaya, onu əli ətəyindən uzun yola salmağa müvəffəq olduq. Məhz elə buna görə Ramil Səfərovun öz Vətəninə qovuşmasının verdiyi ləzzəti ermənilər üzərində növbəti qələbəmizə qədər doya-doya yaşamağa dəyər!
Necə deyərlər, “hələ yaşamağa, dəyər bir az da!”