Bazar, 29 Aprel 2018 10:05

Tanınmış təlimçi Nərgiz İbrahimovadan "HR Assistent " təlimində CİPD və HR sistemləri haqqında təqdimat

"Business Management School" MMC olaraq 0-dan başlayanlar üçün "HR Assistent " təliminin 2-ci sessiyasına start veririk!

Təlimdə HR sahəsində heç bir təcrübəsi olmayanlar, lakin bu sahədə karyera qurmaq istəyənlər iştirak edə bilərlər. Bu təlimdə iştirak etməklə siz HR sahəsinə ilkin addımlar atmaq üçün əsaslı bilik bazasına yiyələnəcək, HR assistent kimi icra edilən işləri praktiki olaraq öyrənib bu işləri bir başa icra etmə bacarığına yiyələnəcəksiniz.

1-ci hissə

1. CİPD İnsan Resurslarının İdarəedilməsi Xəritəsi (CIPD Profession Map).

2. HRM- fəlsəfəsi və hədəfləri.

3. HR sistemlər. “Ulrich - 3 legged stool model”

4. AR Əmək Qanunvericiliyi sistemi

5. İşə qəbulun rəsmiləşdirilməsi. Praktiki çalışma: Əhmədin işə qəbul olunması hekayəsi. 
- Əhməd hansı sənədləri təqdim etməlidir?
- HR mütəxəssis hansı sənədləşmə işi aparmalıdır?
- Sınaq müddəti nədir və necə tənzimlənir?
- Elektron Hökumət portalına işə qəbul zamanı hansı məlumatlar və necə daxil edilir. 

WEBINAR: (Online dərs): Təlim iştirakçılarının ev tapşırıqları üzrə təqdimatları. 
- Performans dəyərləndirməsi nədir? İnsan resursları üzrə assistentlərin prosesdə rolu.

 2–ci hissə:

1. Praktiki çalışma. Əhmədin vəzifəsi dəyişdirilir. HR mütəxəssis hansı sənədləşmə işi aparmalıdır?

2. Əhmədə başqa işçinin vəzifələrinin icra edilməsi prosesinin tənzimlənməsi.

3. HR mütəxəssis hansı sənədləşmə işi aparmalıdır?

4. CİPD- Total Mükafatlandırma sistemi.

 

WEBINAR: (Online dərs): İşə qəbul və seçmə prosesinin tənzimlənməsində insan resursları üzrə assistentin rolu.

 

3-cü hissə:

1. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Məcəlləsinin müddəaları

2. Əmək Məcəlləsində xitam prosesi ilə bağlı son dəyişikliklər

3. Xitam prosesinin apaılma qaydası və ardıcıllığı

- Praktik çalışma: Əhmədi öz xahişi ilə işdən azad edirik

- Praktik çalışma: Əhməd sınaq müddətini keçə bilmir.

- Praktik çalışma: Əhmədin əmək müqaviləsinin müddəti bitmişdir.

 

WEBINAR: (Online dərs): İşə qəbul prosesinə hazırlaşırıq. CV necə hazırlanmalı. Müsahibəyə necə hazırlaşmalı.

 4-cü hissə:

1. Məzuniyyət hüququ

2. Məzuniyyətin növləri

3. Məzuniyyətin rəsmiləşdirilməsinə dair Əmək Məcəlləsinin tələbləri

4. Ezamiyyətin rəsmiləşdirilməsi qaydası


WEBINAR: (Online dərs): Məşğulluq hesabatlarının hazırlanması

 

 Təlimçi: Nərgiz İbrahimova

Təlim 2015-ci ildən mərkəzimizdə HR təlimlərinin əsasını qoyan, keçdiyi təlimlərdə 200-dən çox məzunumuz olan Nərgiz İbrahimova tərəfindən tədris ediləcəkdir. Nərgiz xanım Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat fakultəsinin məzunudur. O, bank və pərakəndə sektorunda HR Direktor vəzifəsində işləmişdir. Hal-hazırda dünyanın ən böyük dörd məsləhət və audit şirkətindən birinin Azərbaycan nümayəndəliyinin HR Meneceri vəzifəsində çalışmaqdadır.

 Təlim ödənişi:. 15 saatliq təlimin ödənişi 200 azn olaraq təyin edilmişdir. 
- Korporativ Endirimlər: Eyni şirkətdən 2 iştirakçı - 5%, 3 ve daha artıq iştirakçı - 10%
Ödənişə daxildir:
- Praktiki çalışmalar
- Online dərslər
- Təlim materialları 
- Nəticə imtahanı
- Sertifikat
- Kofe-breyk

*** 15 may tarixinə kimi qeydiyyatını rəsmiləşdirənlər, 15 % (30 manat) endirim əldə edəcəklər.

Təlim həftənin bazar ertəsi və şənbə günləri olmaqla, aşağıdakı cədvəldə göstərilən tarix və saatlarda keçiriləcəkdir.

Təlimin 12 saatı təlim mərkəzində sinif formatında, 3 saatı isə online webinar formatında tədris ediləcək.

28 May (Bazar ertəsi): 18:30 - 20:30
02 İyun (Şənbə): 18:30 - 20:30
04 İyun (Bazar ertəsi): 18:30 - 20:30
09 İyun (Şənbə): 18:30 - 20:30
11 İyun (Bazar ertəsi): 18:30 - 20:30
16 İyun (Şənbə): 18:30 - 20:30

 Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır. Sonda keçirilən yekun imtahanında yüksək nəticə göstərənlər isə əlavə olaraq “müvəffəqiyyət” sertifikatı ilə mükafatlandırılacaqlar.

Bu təlimdə iştirak etməklə siz HR sahəsinə ilkin addımlar atmaq üçün əsaslı bilik bazasına yiyələnəcək, HR assistent kimi icra edilən işləri praktiki olaraq öyrənib bu işləri bir başa icra etmə bacarığına yiyələnəcəksiniz.

Təlimdən məzun olduqdan sonra BMS-in təşkil etdiyi bütün təlimlərdə iştirak üçün endirim əldə edəcəksiniz.

Müraciət üçün link:  http://bmschool.az/course/5/60/HR-Asistent-Telimi

Şərh yazın