“Peşəkar HR üçün uğurlu karyera: A-dan Z-yə” mövzusunda ÖDƏNİŞSİZ TƏLİMİN təlimçiləri

“Peşəkar HR üçün uğurlu karyera: A-dan Z-yə” mövzusunda ÖDƏNİŞSİZ TƏLİMİN təlimçiləri

“Öyrətmək savab, öyrənmək qazanc” devizi ilə “Peşəkar HR üçün uğurlu karyera: A-dan Z-yə” mövzusunda ikinci ödənişsiz praktiki təlimin TƏLİMÇİLƏRİ məlum olub.
"HR idarəetməsi: yerli və beynəlxalq təcrübə" mövzusunda 
 
Ölkəmizdə İLK Peşəkar HR MENECERdən olan NAZİM ƏLİYEV
  • Nazim Əliyev Mançester Universitetinin İnsan Resurslarının İnkişafı vә İdarә edilmәsi üzrә Aspiranturasını və  Azәrbaycan Dövlәt İqtisad İnstitutunun isә İqtisadiyyat fakulәtsini bitirmişdir.  Avrasiya regionu ölkәlәrindә FINCA-nın törәmә bank vә mikromaliyyә qrumlarının İdarә Etmә Komandasının bir üzvü olaraq Tәlim vә İnkişaf şöbәlәrinә rәhbәrlik etmişdir. Hәmçinin Nazim FINCA mencer vә supervayzerlәrının hazırlığını tәmin edәn FİNCA İnkişaf Akademyasının qurucusudur. Böyük Britaniya Çeveninq Fondunun Mükafatçısıdır.
"Əmək Qanunvericiliyində rast gəlinən ÇƏTİN məsələlərin ASAN həlli" mövzusunda
 
Ölkəmizdə İLK Peşəkar HR kitabların MÜƏLLİFİ ALTAY CƏFƏROV
 
  • Altay Cəfərov 1991-ci ildə orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət İqtisad İnstitutunun İdarəetmə fakültəsinə daxil olub. 2001-ci ildən Azərbaycan Respublikası Auditorlar Palatasının təqdim etdiyi lisenziya əsasında auditor fəaliyyətilə məşğul olur. 2003-cü ildən sərbəst auditor kimi fəaliyyət göstərir. HR və Mühasiblərin Stolüstü kitabı olan və 6 nəşri dərc olunan “Əmək Münasibətləri: A-dan Z-yə” kitabının müəllifidir
Qeyd edək ki, təlim 03 mart 2018-ci il tarixdə keçiriləcək. 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər