Əlaqə

050-368-12-72

Bizə yazın

mksacademy2022@gmail.com

Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə
  • Xəbərlər
    • Vergi işi
    • İqtisadi
    • Maliyyə
    • Sosial
  • İnsan resursları
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
    • Qanunvericilik
    • Nəşrlər
  • Mühasibatlıq
    • Sual-cavab
    • Təlimlər
    • Nəşrlər
    • Məqalələr
    • Rəsmi sənədlər
  • Vergi
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
  • Məhsullarımız
    • Kitablar
    • Təlimlər
    • Jurnal
    • Konsaltinq
  • Haqqımızda
  • 050-368-12-72

    mksacademy2022@gmail.com

    Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə

Fərdi əmək mübahisələri zamanı işəgötürən və işçi məhkəmədən öncə hara müraciət etməlidir?

  • Əsas səhifə
  • Təlimlər
  • 0 Komment
  • 19 İyul 2023

Fərdi əmək mübahisələri zamanı işəgötürən və işçi məhkəmədən öncə hara müraciət etməlidir?

Satışı yalnız kitabxanalarda həyata keçirilən "Əməyin uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 294-cü maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
“Mediasiya haqqında” AR Qanununun 3.1-ci maddəsinə əsasən, mediasiya aşağıdakılar üzrə tətbiq edilir:
- mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla);
-  ailə münasibətlərindən irəli gələn mübahisələr;
- əmək münasibətlərindən irəli gələn mübahisələr;
- inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr.
Qanunun 3.2-ci maddəsində qeyd edilir ki, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
Maddələrin tələblərindən göründüyü kimi, əmək münasibətlərindən irəli gələn mübahisələrin məhkəməyə çıxarılmamışdan öncə, mediasiya sessiyasında iştirakı mütləq tələbdir.
Mediasiya anlayışına gəlincə isə, mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında  yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı “Mediasiya haqqında” qanunla müəyyən olunan prosesdir. Anlayışdan göründüyü kimi, mediasiyanın məqsədi əmək münasibətləri ilə bağlı mübahisələri qarşılıqlı razılaşma əsasında həll etməkdir. Yəni, mediasiya zamanı məqsəd məhkəməyə getmədən mübahisələrin aradan qaldırılmasıdır.
Misal. İşəgötürən işçinin son haqq-hesabını ödəmədiyi üçün ikinci tərəf mediasiya təşkilatına müraciət edib. Tərəflərlə müzakirənin nəticəsində tərəflər arasında barışıq sazişi bağlandığı halda mediator tərəfindən mediasiya prosesinə xitam verilir.
Təcrübədə rast gəlinən hallardan biri odur ki, mediator işəgötürənin və ya işçinin hüquqlarının müdafiəçisi kimi iştirak edir, bir növ prosesin həllində onlara yardımçı olmağa çalışır. Qanunun 7.2-ci maddəsində qeyd edilir ki, mediator mediasiya zamanı hər iki tərəfə bərabər yanaşmalı, tərəflərin mediasiya zamanı bərabər iştirakını təmin etməli və hər iki tərəfə proses zamanı tələblərini təqdim etmək üçün bərabər imkanlar yaratmalıdır. Mediatorun qərəzsizliyinə mane olan hallar olduqda mediator mediasiyanı aparmaqdan imtina etməlidir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya mksacademy2022@gmail.com

Bütün kitabların satışı yalnız kitabxanalar kitabxanalar vasitəsiylə həyata keçirlə bilər
1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Son məqalələr

    21 Noyabr 202512:08

    YENİLİK! ƏMAS altsistemində məlumat daxil edilməyən bəzi bölmələr əmək müqaviləsində avtomatik deaktiv olunur

    21 Noyabr 202510:15

    ƏMAS altsistemində YENİLİKLƏR! İşəgötürən işçinin faktiki ünvanını yeni qaydada daxil edəcək

    Populyar məqalələr

    19 Noyabr 202523:47

    Nazirlər Kabineti ilin sonundakı iş və istirahət günlərinin yerini dəyişdirəcək?

    28 Oktyabr 202515:09

    ƏLA YENİLİK! İşəgötürən işçi ilə bağlı digər sənədləri də ƏMAS altsistemində imzalatdıra biləcək

    21 Noyabr 202510:15

    ƏMAS altsistemində YENİLİKLƏR! İşəgötürən işçinin faktiki ünvanını yeni qaydada daxil edəcək

    17 Noyabr 202512:01

    Mehdi Babayev Maliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü seçilib

    Populyar Teqlər

    • Vergi işi
    • Əməyin uçotu
    • Sual-cavab
    • Mühasibatlıq
    • Nəşrlərdən seçmələr

    Xəbərlər

    Məqalələr

    YENİLİK! ƏMAS altsistemində məlumat daxil edilməyən bəzi bölmələr əmək müqaviləsində avtomatik deaktiv olunur.

    • 21 Noyabr 2025

    Xəbərlər

    ƏMAS altsistemində YENİLİKLƏR! İşəgötürən işçinin faktiki ünvanını yeni qaydada daxil edəcək.

    • 21 Noyabr 2025

    Məqalələr

    Nazirlər Kabineti ilin sonundakı iş və istirahət günlərinin yerini dəyişdirəcək?.

    • 19 Noyabr 2025

    Maliyyə

    Mehdi Babayev Maliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü seçilib.

    • 17 Noyabr 2025

    Sosial

    YENİ NƏŞR! Faiq Abdullayevin müəllifliyi ilə “Mühasibat Uçotu Praktiki tətbiqi və nəzəri təhlili” kitabı dərc olunub.

    • 17 Noyabr 2025

    Vergi işi

    Dövlət Vergi Xidməti rəisindən Şahin Məmmədov və Günel Bəhramqızına yüksək etimad.

    • 14 Noyabr 2025

    Məqalələr

    DİQQƏT! İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta olunanların siyahısı genişləndirilir.

    • 07 Noyabr 2025

    Vergi işi

    Millət vəkili Vüqar Bayramov: "Hər iki sektorda vergidən azad olunan məbləğ 400 manat müəyyənləşdirilsin".

    • 06 Noyabr 2025

    Vergi işi

    Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli: "Biz tərəziyə qoyub seçim etməliyik ki, özəl sektoru dəstəkləmək daha vacibdir, yoxsa dövlət sektorunu".

    • 06 Noyabr 2025

    Sosial

    Sahil Babayev: "Dünyada çox az ölkədə bu qədər aşağırəqəmli gəlir vergisi mövcuddur".

    • 04 Noyabr 2025

    Vergi işi

    Mikayıl Cabbarov: "Əmək haqqıların mərhələli şəkildə vergiyə cəlb edilməsi ilə bağlı sənəd vahid mövqeyi əks etdirir".

    • 04 Noyabr 2025

    Vergi işi

    Aytən Kərimova: "DVX-də uğur qazanmağın açarı — bilik, etik dəyərlər və komanda düşüncəsinin sintezindədir".

    • 04 Noyabr 2025

    blog

    Faydalı Linklər

    • Vergi işi
    • Mühasibatlıq
    • İnsan Resursları
    • Maliyyə
    • Sual-cavab

    Sosial Media

    • Facebook
    • Twitter
    • Instagram

    MKS.AZ Bütün hüquqlar qorunur