Səhifəni çap et
Çərşənbə axşamı, 21 Sentyabr 2021 06:38

Mks.az-dan mühasiblər üçün ikinci tematik təlim: “Gəlirdən çıxılan xərclərin hesablanmasında nəzərə alınacaq VACİB MƏQAMLAR”

Diqqət: Yer məhdudiyyəti ilə bağlı problem həll olundu, təlim daha geniş məkanda  keçiriləcəyindən iştirakçı sayı artırıldı!

Müzakirəyə çıxarılacaq sualların siyahısı

 

  • Vergi ödəyicinin qeyri-sahibkarlıq fəaliyyəti üzrə yaranan icbari ödənişlər (gəlir vergisi, əmlak vergisi, sosial ayırma və s.) gəlirdən çıxılan xərclərə aid edilə bilər?
  • Vergi ödəyicisinin malları xarab və ya əskik gəldiyi halda, həmin malların dəyəri gəlirdən çıxılan xərclərdə qeyd edilir?
  • İşçiyə ödənilən ezamiyyə xərci normadan artıq olduqda, işçinin gəliri kimi nəzərə alındığı üçün gəlirdən çıxılan xərclərə aid edilir?
  • Vergi ödəyici tərəfindən bonus şirkətləri (Umico və s.) vasitəsiylə vətəndaşa qaytarılan məbləğin hansı hissəsi gəlirdən çıxılan xərclərə şamil edilməlidir?
  • ƏDV ödəyicisinin Vergi Məcəlləsinin tələblərinə uyğun ödənişləri həyata keçirmədiyi üçün Əvəzləşdirilməyən ƏDV məbləğləri gəlirdən çıxılan xərclərə aid edilməlidir?
  • Kiçik və mikro sahibkarlıq subyektləri tərəfindən normadan artıq amortizasiya tətbiq etdikdə, gəlidən çıxılan xərclər və əsas vəsaitlərin qalıq dəyəri necə müəyyənləşdirilməlidir?
  • Biznes kartı və ya nağd formada həyata keçirilən ödənişlər vasitəsiylə yaranan xərclər hansı hallarda gəlirdən çixılan xərclərə şamil edilir?
  • Təsisçilərlə bağlanan borc müqaviləsinə əsasən, hesablanan faiz ödənişləri gəlirdən çıxılan xərclərə aid edilməlidir?
  • Sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmayaraq, qeyri-rezident şəxslərə hesablanan məbləğ və onun ƏDV-si gəlirdən çıxılan xərclərə aid edilməlidir?
  • YAŞAT fonduna ödənilən məbləğlərin gəlirdən çıxılan xərclərə şamil edilir?
  • İşçiyə ödənilən mükafat (satışa görə, bayram və s.) hansı hallarda gəlirdən çıxılan xərclərə aid edilməlidir?
  • Gəlir və xərclərin uçotunun aparılması ilə bağlı sənədləşmə prosesi necə həyata keçirilməlidir?
  • Hansı xərclər “ümidsiz borc” kimi qəbul edilir?
  • İcarəyə götürülən ofisin kommunal xərclərinin gəlirdən çıxılan xərc kimi tanınması bağlı hansı prosedurlar həyata keçirilməlidir?
  • İcarəyə götürülən obyektin təmir xərci hansı qaydada gəlirdən çıxıla bilər?
  • İlkin uçot sənədi olmayan malların gələcəkdə təqdim olunduğu halda, həmin malların dəyəri hansı hallarda gəlirdən çıxılan xərclərə aid edilir?
  • Vergi ödəyicisinin gəlirdən çıxılmasına icazə verilməyən xərcləri vergi orqanına bəyan edilməlidir?
  • Vergi ödəyicisi kassa metodundan hesablama metoduna keçdikdə, yaranan fərqlər necə nəzərə alınmalıdır?
  • Vergi ödəyicisinin nəqliyyat vasitəsinə xarici ölkədə təmir xidmət göstərilərsə, qeyri-rezidentin göstərdiyi xidmət haqqı gəlirdən çıxılan xərclərə aid edilir?
  • Vergi ödəyicisi sosial şəbəkələr (Facebook, Instagram və s.) üzərindən həyata keçirdiyi xidmətlər üzrə məbləğləri gəlirdən çıxılan xərcləri ilkin uçot sənədləri olmadan gəlirdən çıxılan xərclərə aid edə bilər?

Təlimin başlanma tarixi: 25 sentyabr 2021-ci il, saat 15:00

Təlimin bitmə vaxti: Mövzu üzrə iştirakçıların son sualları cavablandırılana qədər

Birinci hissə: Mövzu üzrə təqdimat
İkinci hissə: Mövzu üzrə sualların cavablandırılması
Ödəniş üsulu: Nağd və ya nağdsız formada (iştirakçı vergi ödəyicisi olduğu halda müvafiq sənədləşmələr (müqavilə, hesab-faktura, elektron qaimə-faktura və s.) aparılır)
Məlumat almaq və xidmətdən faydalanmaq üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Devimizə sadiqik: Öyrətmək savab, öyrənmək qazancdır!

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.