Cümə axşamı, 06 Avqust 2020 09:47

Hamilə işçiyə qısaldılmış iş vaxtının müəyyən edilməsinin rəsmiləşdirilməsi (NÜMÜNƏVİ FORMA)

Satışda olan "A-dan Z-yə: Kargüzarlıq" kitabının "Qısaldılmış, natamam və əlavə iş vaxtının sənədləşdirilməsi" bölməsindən seçmə

İndi isə işçisinin ərizəsinə uyğun olaraq əmrin nüminəvi formasını təqdim edirik. Əmrin tərtibi zamanı nəzərə alın ki, qısaldılmış iş vaxtı ilə işləyən işçilər əmək haqqını əvvəlki qaydada, işlədikləri saatlara mütənasib şəkildə yox, tam məbləğdə almalıdırlar. Bu, qanunvericiliyin tələbidir. Qısaldılmış iş vaxtı ilə natamam iş vaxtının əsas fərqlərindən biri də elə budur.

Blank “Alov” MMC
ƏMR 
№________

Beyləqan şəhəri 11 avqust 2019-cu il

Hamilə işçiyə qısaldılmış iş vaxtının müəyyən edilməsi haqqında 
Kadrlarla iş şöbəsinin mütəxəssisi Əzimova Zülfiyyə Qafur qızının
11 avqust 2019-cu il tarixli ərizəsinə əsasən onunla imzalanmış 13 iyun 2016-cı il tarixli və ___ №-li əmək müqaviləsinə 1 №-li Əlavə razılaşmaya uyğun olaraq
ƏMR EDİRƏM:

1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 91-ci maddəsinin tələblərinə uyğun olaraq 12 avqust 2019-cu il tarixindən başlayaraq Kadrlarla iş şöbəsinin mütəxəssisi Əzimova Zülfiyyə Qafur qızının hamiləliyi müddətində (hamiləliyə və doğuma görə məzuniyyətə çıxanadək) ona beş günlük iş həftəsi üzrə saat 10:00-dan 18:00-dək qısaldılmış gündəlik iş vaxtı təyin edilsin.
2. Baş mühasib Səlimova Sultanə Sahib qızı işçiyə normal iş vaxtı üçün müəyyən olunan əmək haqqının tam məbləğdə ödənilməsini təmin etsin.
3. Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Nağızadə Nazlı Həsənağa qızına həvalə olunsun.

Direktor _______ Nəbili N.N.

Əmrlə tanış oldum:
__________ Səlimova S.S.
11 avqust 2019-cu il

__________ Əzimova Z.Q.
11 avqust 2019-cu il

Mks.az saytının ekspertləri əmək qanunvericiliyinin şərh edildiyi “Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr)

və kargüzarlığın təşkili, aparılması və bütün növ kadr rəsmiləşdirilməsini əhatə edən “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 
 
 

Şərh yazın