Çərşənbə, 23 Yanvar 2019 12:01

HR və Mühasiblər üçün ŞAD XƏBƏR: Müavinətin təyin olunması üçün SƏNƏDə ehtiyac olmayacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial müavinətlərin elektron təyinatı sisteminin yaradılması işləri çərçivəsində ailələrə uşağın doğulmasına görə birdəflik müavinət təyinatının da cari ildə avtomatlaşdırılması nəzərdə tutulur.

Hazırda nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi tərkibində qurulmaqda olan “Sosial müavinət” altsistemi qeyd olunan birdəfəlik müavinət növünün elektron qaydada təyin olunmasına imkan verəcək. Nəticədə isə uşağın doğulmasına görə birdəflik müavinətin alınması üçün vətəndaşların sənəd toplayaraq quruma müraciət etməsinə ehtiyac qalmayacaq.

“Sosial müavinət” altsistemi aidiyyəti qurumların informasiya sistemlərinə inteqrasiya olunmaqla fəaliyyət göstərəcək. Yeni doğulan uşaqla bağlı məlumat aidiyyəti qurumun informasiya sistemindən əldə olunaraq elektron qaydada birdəfəlik müavinətin təyin olunması və bu barədə həmin ailəyə rəsmi məlumatın göndərilməsi təmin ediləcək.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 
 
 

 

Şərh yazın