Bazar ertəsi, 12 Noyabr 2018 07:14

Əcnəbilə bağlanılan əmək müqaviləsinin digərindən nə fərqi var?

Mks.az saytının eksperti, sərbəst auditor Altay Cəfərovun təqdimatında

Sual: Hüquqi şəxslə əcnəbi vətəndaşlar arasında bağlanan əmək müqaviləsi fərqli olur və mütləq 2 dildə bağlanmalıdır?
Rəvanə Vəliyeva

Cavab: Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsinin nümunəvi forması bu müqavilə bağlanılması tələb olunan bütün iş yerlərində eynidir, işçinin əcnəbi və ya yerli olmasına fərq qoyulmur. Sadə formada desək, hamıya eyni qaydada tətbiq olunur və yaxşı olar ki, Azərbaycan dili ilə yanaşı, əncəbinin başa düşdüyü bir xarici dildə də tərtib edilsin və imzalansın.

 

"Kargüzarlıq: A-dan Z-yə" kitabı ARTIQ SATIŞDA + CD diski (qanunvericilik və nümünələr) 

"Kargüzarlıq: A-dan Z-yə" kitabı müvafiq milli normativ hüquqi aktların, dövlətlərarası standartların və ən yaxşı təcrübələrin öyrənilməsi əsasında hazırlanmışdır. Kitabda müəssisə və təşkilatların sənəd dövriyyəsində istifadə olunan sənədlərin tərtibinə və rəsmiləşdirilməsinə müəyyənləşdirilən spesifik və ümumi tələblər tək-tək nəzərdən keçirilmiş, sənədlərin dəyərinin ekspertizası, təşkilat və dövlət arxivlərində mühafizəsi, məhvi məsələləri ətraflı şəkildə izah olunmuş, işgüzar yazışmalar və danışıqlarda əməl olunmalı prinsip və normalara toxunulmuş, hər fəslin sonunda təcrübədə ən çox istifadə olunan sənəd nümunələri yerləşdirilmişdir.

Kitabın üzərində olan xüsusi proqram təminatlı CD diskə kargüzarlıq və arxiv işini əhatə edən bütün qanunvericilik aktları, Azərbaycanın qəbul etdiyi dövlətlərarası standartlar və kitaba daxil ediləndən daha çox sənəd nümunələri yerləşdirilib.
Kitabın qiyməti 28 manat, daimi müştərilərimiz üçün isə 24 manat təşkil edir. Kitabın istənilən ünvana çatdırılması ödənişsiz həyata keçirilir. Kitabı nəğd və ya köçürmə yolu ilə əldə edə bilərsiniz.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın