Çərşənbə, 07 Noyabr 2018 05:47

Son haqq-hesabdan işçinin vurduğu ziyanın hansı hissəsi tutula bilər

Mks.az saytının eksperti, sərbəst auditor Altay Cəfərovun təqdimatında

Sual: İşçi tərəfindən muəssisəyə dəymis ziyanın tam məbləğini işçi isdən azad edildikdə son haqq-hesab pulundan tutmaq olarmı?
Orxan Yusifov


Cavab: Bu məsələ çox aktualdır. Son zamanlar kommersiya qurumlarında belə hallar çoxalmışdır. Əmək Məcəlləsinə müraciət edək:
Maddə 205. İşəgötürənə vurulan ziyanın məbləğinin işçidən tutulması qaydası
1. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir.
2. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.
3. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.
Maddə 175. Əmək haqqından tutulmalara yol verilən hallar və bunun icrası qaydası
1. Əmək haqqından müvafiq məbləğlər, bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə, yalnız işçinin yazılı razılığı ilə, yaxud qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər.
2. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur:
........................
c) işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği;
Maddə 176. Əmək haqqından tutulan məbləğlərin miqdarının məhdudlaşdırılması
1. Hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz.
2. Əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının əlli faizi saxlanmalıdır.
3. Bu maddənin birinci və ikinci hissələri ilə müəyyən edilmiş məhdudiyyətlər islah işləri çəkərkən, habelə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı işçiyə verilən əmək haqqından məbləğlərin tutulmasına şamil edilmir.
Əmək Məcəlləsinin bir neçə maddəsini təqdim etdikdən sonra məsələ ilə bağlı öz fikirlərimi bildirmək istərdim. İlkin olaraq baxmalıyıq ki, ziyan hansı formada işçi tərəfindən həyata keçirilmişdir. Maddi məsuliyyət haqqında müqaviləsi varmı? Müqaviləsi yoxdursa və ya həmin vəzifə maddi məsuliyyət daşımırsa, onda ancaq bir aylıq orta əmək haqqı məbləğini işçidən tuta bilərsiniz.
Bundan əlavə, digər maddələrdə artıq əmək haqqıdan tutulan məbləğlərin məhdudlaşdırılması əks etdirilib. Vurulan ziyan işçinin orta aylıq əmək haqqından çox deyilsə, işəgötürən onu məhdudiyyətlər çərçivəsində tuta bilər (əlbəttə ki, işçi etirazını məhkəməyə bildirməmişdirsə). Və işçi işdən azad olunduqda qalıq məbləğinin tutulması məsələsi ortalığa çıxır. Ola bilsin ki, ziyanın qalıq məbləği işçi ilə olan son haqq-hesabın 20%-dən çoxdur. Bu zaman birinci hal kimi ancaq 20% tutub, qalanını işçiyə ödəmək lazımdır. Əgər işçi könüllü ödəməkdən imtina edərsə, yuxarıdakı maddələrə görə ancaq əmək haqqıdan 20% tutmalıyıq, qalan məbləği məhkəmə yolu ilə almaq olar. Amma məsələyə başqa prizmadan da baxmaq mümkündür. Məcəllədə əmək haqqının tərkibinə nələr daxil edildiyinə baxaq.
Maddə 157. Əməyin ödənilməsi sistemi və növləri
.....................................................
3. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, ona əlavələr və mükafatlar daxildir.
4. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir.
5. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir.
6. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.
Məcəllənin əvvəlki maddələrində ancaq əmək haqqıdan tutulmalar göstərilib. 157-ci maddədə isə əmək haqqına konkret nələr daxil edildiyi yazılıb. Son haqq-hesabın tərkinində təkcə işçinin son işlədiyi günlərin əmək haqqı yox, həmçinin, 157-ci maddədə nəzərdə tutlmayan istifadə edilməmiş əmək məzuniyyətinin kompensasiyaları və digər ödənclər də daxil edilə bilər. Onda belə çıxır ki, misalımızda bildirdiyimiz kimi son haqq-hesabdan təkcə 20% yox, daha çox tutmaq olar.
Göründüyü kimi məsələyə ikili yanaşmaq mümkündür. Yaxşı olar ki, ziyan məbləğini işnçilərdən könüllü formada tutulmasını təmin edəsiniz.

 

"Kargüzarlıq: A-dan Z-yə" kitabı ARTIQ SATIŞDA + CD diski (qanunvericilik və nümünələr) 

"Kargüzarlıq: A-dan Z-yə" kitabı müvafiq milli normativ hüquqi aktların, dövlətlərarası standartların və ən yaxşı təcrübələrin öyrənilməsi əsasında hazırlanmışdır. Kitabda müəssisə və təşkilatların sənəd dövriyyəsində istifadə olunan sənədlərin tərtibinə və rəsmiləşdirilməsinə müəyyənləşdirilən spesifik və ümumi tələblər tək-tək nəzərdən keçirilmiş, sənədlərin dəyərinin ekspertizası, təşkilat və dövlət arxivlərində mühafizəsi, məhvi məsələləri ətraflı şəkildə izah olunmuş, işgüzar yazışmalar və danışıqlarda əməl olunmalı prinsip və normalara toxunulmuş, hər fəslin sonunda təcrübədə ən çox istifadə olunan sənəd nümunələri yerləşdirilmişdir.

Kitabın üzərində olan xüsusi proqram təminatlı CD diskə kargüzarlıq və arxiv işini əhatə edən bütün qanunvericilik aktları, Azərbaycanın qəbul etdiyi dövlətlərarası standartlar və kitaba daxil ediləndən daha çox sənəd nümunələri yerləşdirilib.
Kitabın qiyməti 28 manat, daimi müştərilərimiz üçün isə 24 manat təşkil edir. Kitabın istənilən ünvana çatdırılması ödənişsiz həyata keçirilir. Kitabı nəğd və ya köçürmə yolu ilə əldə edə bilərsiniz.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

1 Şərh

  • Şərh bağlantısı Kəmalə Çərşənbə axşamı, 18 Dekabr 2018 06:00 tərəfindən təqdim olunub Kəmalə

    Salam bəzi şirkətlərdə orta ixtisas məktəbini bitirənlər mühasib,baş mühasib vəzifəsində çalışırlar.İxtisar olanda Ali təhsilli işdən çıxarılır, orta istisaslılar saxlanılır.Buna fikrinizi bildirməyinizi xahiş edirəm.

Şərh yazın