Cümə axşamı, 18 Oktyabr 2018 06:33

İşçi bir ay öncə xəbərdarlıq etmədən işdən çıxarsa, ona əmək haqqı ödənilməyə bilər?

Sual. İşci işəgötürən şirkəti bir ay qabaqcadan xəbərdar etmədən işdən çıxmışsa, həmin şirkət tam işlədiyi ayın pulunu işçiyə ödəməlidir ya yox? Şirkət işçinin bir ay qabaqcadan xəbərdar etməməsini əmək haqqının verməməsi ilə əvəzləşdirə bilərmi?
Sada

Cavab: Hər hansı xüsusi hal yoxdursa, işçinin işəgötürəni 1 ay qabaqcadan xəbərdarlıq etmədən işdən çıxmaq istəməsi düzgün hal hesab edilmir. İşçi və işəgötürən arasında əlavə bir razılaşmaları yoxdursa, işçi işə çıxmadığı halda, artıq bu əmək funksiyalarının yerinə yetirilməməsi hesab edilə bilər. Bu zaman işəgötürən işçi haqqında daha ciddi tədbirlər həyata keçirmək hüququna malikdir. Yəni işəgötürənin əmək müqaviləsi üzrə öhdəlikləri,vəziflələri, əmək funksiyalarının yerinə yetirilməməsi kimi qiymətləndirə bilər.
Təbii ki, işə çıxmayan işçiyə işləmədiyi dövr üçün əmək haqqı hesablanmayacaq.
Amma İşəgötürən işçini Əmək Məcəlləsinin hansısa maddə ilə işdən çıxarıbsa, bu zaman işçinin işlədiyi dövr üçün əmək haqqısını ödəməlidir.

 

Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

Şərh yazın