Əmək müqaviləsinin qeydiyyatı üçün hansı sərfəlidir: Elektron yoxsa Asan İmza?

Əmək müqaviləsinin qeydiyyatı üçün hansı sərfəlidir: Elektron yoxsa Asan İmza?

Sual: Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə daxil olmaq üçün işəgötürən hansı elektron alətlərə malik olmalıdır?

Cavab: İşəgötürən ya Elektron imzaya, ya da Asan imzaya malik olmalıdır ki, əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə daxil ola bilsin.
Elektron imza sertifikatlarını Milli Sertifikat Xidmətləri Mərkəzinin qeydiyyat məntəqələrindən və ya onlayn şəkildə əldə etmək mümkündür. E-imzanı istifadə etmək üçün internetə çıxış, e-imza sertifikatı və kart oxuyucu tələb olunur. Hüquqi şəxlər üçün E-imza sertifikatının qiyməti 72 AZN, istifadə müddəti 3 ildir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün E-imza sertifikatının qiyməti 36 AZN, vətəndaşlar üçün isə 18 AZN təşkil edir. Kartın istifadə müddəti isə 3 ildir. Kartın Asan imzadan fərqi odur ki, kartdan hər istifadə zamanı ödəniş tələb olunmur.
Asan imza xidmətindən istifadə etmək üçün müraciət edən şəxs (ərizəçi) ilk növbədə, mobil operatorların birindən (“Azercell”, “Bakcell”, “Nar Mobile”) Asan imza SİM kartını əldə etməli, sonra tələb olunan sənədlərlə və Asan imza SİM kartı (“ICCID” nömrəsinin sistemə daxil edilməsi üçün) ilə birlikdə ASXM-ə (Vergi Ödəyicilərinə Xidmət Xərkəzinə və ya Asan xidmət mərkəzlərində fəaliyyət göstərən ASXM-in pəncərəsinə) müraciət etməlidir. Fiziki və hüquqi şəxslər, eləcə də dövlət qulluqçuları Asan imza mobil elektron imza xidmətini Azərbaycanın hər üç mobil operatorunun nümayəndəliklərindən vahid qiymətə - 18 AZN-ə (ƏDV daxil) əldə edə və 3 il müddətində ondan yararlana bilərlər. Aylıq xidmət üçün 1,00 manat və hər Asan imzadan istifadə zamanı göndərilən SMS üçün isə 0,03 manat xidmət haqqı tutulur.  Asan İmza xidmətini dəstəkləyən sim kartın əldə edilməsi  3.54 manat təşkil edir

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

5 Komment

  1. mikayl 13 Oktyabr 2019

    Aylıq xidmət üçün 1,00 manat deyil indi 2.50 manat olub

  2. Mirnazim 12 Aprel 2020

    Asan imza sertifikatını onlayn ala bilərəmmi?

  3. ABDULALI 19 İyul 2020

    Salam asan imzasl olan sahibkar istediyi vaxt iwe goturduyu iwcinin mudedsiz muqavilesine iwci bilmeden onlayn xitam vere bilermi

  4. macnunimranlı@gmail.com 16 Dekabr 2020

    Salam.Menim asan imza nömrem ve sertifikatım var.emek müqavilesi bağlamaq üçün ne etmeliyem? Neçe gündür ne edirem xeyri yoxdu müqavile bağlaya bilmirem.Bilmirem menim buna selahiyyetim çatmır ya neyise düz etmirem.Xahiş edirem kömeklik gösteresiniz.Evvelceden teşekkürümü bildirirem.

  5. Sevil xidirova 20 Sentyabr 2022

    Men ise götüren işçilerimnen emek müqavilesi bağlamaq isteirem.mene kömeklik edesiniz

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər