Məzuniyyət şənbə günü bitə bilər?

Məzuniyyət şənbə günü bitə bilər?

Sual : Məzuniyyətin bitmə tarixi şənbə və ya bazar gününə təsadüf edərsə, o zaman məzuniyyət uzadılırmı?

Cavab : Azərbaycan Respublikası Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən, işçinin peşəsi (vəzifəsi) üzrə ödənişli əmək məzuniyyətlərin müddəti təqvim günü ilə müəyyən edilib. Təqvim günü anlayışına iş, istirahət və bayram günləri daxil edilir. Bayram günlərinə görə artırılmış ödənişli məzuniyyət günləri cümə günü bitərsə, təqvim günləri ilə 2 bayram günü ardıcıl gələn şənbə-bazar günləri üzrə hesablanır. Ümumiyyətlə, ödənişli əmək məzuniyyəti günlərinin sayından asılı olaraq məzuniyyətin bitmə tarixi şənbə və yaxud bazar günlərinə düşə bilər. Bu halda işçinin işə başlanma tarixi ən yaxın olan birinci iş günü hesab edilir.

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

0 Komment

    Şərh yazın

    Xəbərlər