Çərşənbə axşamı, 01 May 2018 11:24

Son vaxtların məzuniyyətlə bağlı aktual sualının cavabı

Mks.az eksperti, sərbəst Auditor Altay Cəfərovun təqdimatında

Sual: Salam.  Yeni işə qəbul olunmuşam, 2 aydır ki, işləyirəm. İşəgötürənin razılığı ilə 6 ayım tamam olmadan məzuniyyət hüququmdan istifadə edə bilərəm?

Turan Qənbərov

Cavab: Bu məsələ Əmək Məcəlləsinin 131-ci məddəsi ilə tənzimlənir.

 Maddə 131. Əmək məzuniyyətinin verilməsi qaydası

  1. İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququəmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir.
  2. İşçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər.

Deməli ancaq 6 ay tamam olmalıdır ki, bundan sonra məzuniyyət verilsin. İşəgötürənin rəyi bu məsələdə əsas deyil. Sizə 6 ay tamam olmamış əmək məzuniyyəti verilə bilməz. Əlbəttə ki, 131-ci maddənin 4-cü bəndindəki hallar istisna olmaqla.

Qeyd edək ki, Əmək Məcəlləsinin 131-ci maddəsinin 4-cü bəndində əsasən, Əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən aşağıdakı işçilərin istifadə etmək hüququ vardır:

a) qadınların hamiləliyə və doğuşa görə — sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonra;

b) on səkkiz yaşına çatmamış işçilərin;

c) müddətli hərbi xidmətdən buraxıldıqdan 3 ay keçənədək işə götürülən işçilərin;

ç) əsas iş yerində məzuniyyətə çıxan əvəzçilik üzrə işləyənlərin;

d) hərbi qulluqçu arvadının (ərinin);

e) təhsil müəssisələrində oxuyan şəxslərin — kurs işlərinin və ya imtahanların verildiyi, diplomun müdafiə edildiyi vaxtda;

ə) əlillərin.

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.

Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 
 
 

3 şərhlər

  • Şərh bağlantısı Zaur Bazar ertəsi, 16 İyul 2018 14:55 tərəfindən təqdim olunub Zaur

    Salam. Hörmətli, MKS.
    Əmək məzuniyyətindən istifadə ilə bağlı qoyulan suala verilən cavabla bağlı sualım var. Ekpertin istinad etdiyi maddə (131) işəgötürənə heç bir qadağanı nəzərdə tutmadığı halda, niyə işə götürənin razılığı olduğu halda işçi daha erkən məzuniyyət istifadə etməsin ki? 6 ay işçiyə huquq verir və işçi belə bir tələbdə buluna bilər deməkdir. Alti ayadək məzuniyyətin verilməsini qadağan edən bir mənbə varmı? Həm əgər işəgötürən belə bir addım atıbsa, deyək ki, 3-cü ayda işçiyə məzuniyyətə getməyə razılıq veribsə, hansı maddənin tələbini pozmuş olur ki? Bunu mən belə, belə başa düşürəş. Əmək haqqını tam və vaxtında almaq, işçinin hüququdur. Bu o demək deyil ki, işçiyə əmək haqqı daha tez və əlavə bonus verilə bilməz. Xahiş edirəm, cavabınızı daha ətraflı əsaslandırasınız ki, səhv edirəmsə, bilim. Təşəkkürlər.

  • Şərh bağlantısı Zaur Bazar ertəsi, 16 İyul 2018 14:50 tərəfindən təqdim olunub Zaur

    Salam. Hörmətli, MKS.
    Əmək məzuniyyətindən istifadə ilə bağlı qoyulan suala verilən cavabla bağlı sualım var. Ekpertin istinad etdiyi maddə (131) işəgötürənə heç bir qadağanı nəzərdə tutmadığı halda, niyə işə götürənin razılığı olduğu halda işçi daha erkən məzuniyyət istifadə etməsin ki? 6 ay işçiyə huquq verir və işçi belə bir tələbdə buluna bilər deməkdir. Alti ayadək məzuniyyətin verilməsini qadağan edən bir mənbə varmı? Həm əgər işəgötürən belə bir addım atıbsa, deyək ki, 3-cü ayda işçiyə məzuniyyətə getməyə razılıq veribsə, hansı maddənin tələbini pozmuş olur ki? Bunu mən belə, belə başa düşürəş. Əmək haqqını tam və vaxtında almaq, işçinin hüququdur. Bu o demək deyil ki, işçiyə əmək haqqı daha tez və əlavə bonus verilə bilməz. Xahiş edirəm, cavabınızı daha ətraflı əsaslandırasınız ki, səhv edirəmsə, bilim. Təşəkkürlər.

  • Şərh bağlantısı Leyla Cümə, 08 İyun 2018 08:53 tərəfindən təqdim olunub Leyla

    Ancaq birinci iş ilinə aiddi yoxsa bütün illər üçün ???

Şərh yazın