Hərbi xidmət və ali təhsil pensiya Stajına daxil edilir?

Hərbi xidmət və ali təhsil pensiya Stajına daxil edilir?

Sualı mks.az saytının eksperti, sərbəst auditor Altay Cəfərov cavablandırır

Sual: 1981-ci ildə 6 ay işlədikdən sonra ( əmək kitabçama qeyd edilmişdir ) ali məktəbə qəbul olunmuşam.1985 -ci ildə ali təhsili başa vurduqdan sonra ( diplom vardlr ) yenə 6 ay işləyib hərbi xidmətə çaqırılmışam. Bilmək istəyirəm təhsil müddəti və hərbi xidmət dövrü pensiya stajına daxildirmi ? Qabaqcadan minnətdarlığımı bildirirəm.

Seymur Məmmədov
Cavab: Sualınıza cavabı Əmək Pensiyaları haqqında AR-nın qanununa nəzər yetirək:
M a d d ə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri
21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).

Həmin maddədə sığorta stajına daxil olan müddətlərin tərkibində təhsil müddəti əks olunmamışdır.Amma hərbi xidmət dövrü müddətə daxil olunmuşdur.Odur ki, əmək pensiyası hesablamaları zamanı sığorta stajına ancaq hərbi xidmətdə olduğunuz dövr nəzərə alınacaqdır.

11 Komment

  1. Abdullayev Nizami Saleh oqlu 09 Oktyabr 2019

    vetendashn institutda oxuduqu illerin(eyani tehsildir)suqorta stajina daxil edilmesi barede prezidentin xususi fermani vardair (tarixini unutmusham).Lakin mene pensiya teyin olunarken bu iller (1971 -1978)Nezere alinmamishdir Xahis edirem bu meseleye aydinliq getirilsin!

  2. Əlimərdan 24 Sentyabr 2020

    Salam. 57 yaşım var. 2006 -cı ilə qədər 22 il dəniz şəraitində işləmişəm.Güzəştli şərtlərlə pensiyaya çıxa bilərəm? Hərbixidmətdən əlavə Texniki peşə məktəbində təhsil müddəti pensiya stajına daxildirmi? Əgər daxildirsə Sosial Mudfiə Fonduna təsil diplopunun təqdim edilməsi yetərlidirmi?

  3. Mansura 24 Noyabr 2020

    Salam men 2007 ilin sentyabr ayinda 3 usaga gore teqaude cixmisam.ARDNS de muhasib islemisem 2017 ci ilin may ayinin 4 den yasa gore teqaude cixmisam.teqaude cixanda usaqıara gore 300 man teqaud alirdim Hamisini hesabladilar men 434 (yasa gore)manatla teqaude cixdim,indiki teqaudum 556.72 qep.yeni her il artaraq olub.esas mesele odur ki ne menim institutut stajimin hesablandigini ve umumiyyetle menim teqaudumun duzgun hesablandigini basa duse bilmirem defelerle muraciet etmisem istediyim cavabi ala bilmirem(hec olmasa nece il mene is staji hedablanib)onu oyrene bilmirem ele deyirler duzdur.isleyende hemise maasim yuksek olmusdu hec ne basa dusmurem.Niye bele alinir.Cox xahis edirem ki,mene komek edesiniz.Cavabinizi gozleyecem.Onceden tesekkurumu bildirirem.

  4. Məhyəddin 28 Noyabr 2020

    Наnsı halda hərbi xidmət zərərli iş kimi sosial staj kimi qəbül edilir.

  5. Qorxmaz 06 Dekabr 2020

    men ali tehsilim var ozum pensiya aliram 3-cu qrup herbi xidmete gede bilerem

  6. Vüsalə İbayeva 23 Dekabr 2020

    Salam 5 illik ali təhsilim var.və 8 illik iş stajım.Öyrənə bilərəm mi mənə pensiya düşür ?hal hazırda işləmirəm.

  7. Mahama 05 May 2021

    Salam 1968-1971ci illerde seki kend teseruffetini eyani bitirmisem bu iller emek pensiyasina staj kimi hesablanmamisdir ne ede bilerem

  8. Yavər 23 Noyabr 2021

    Salam, 1957 ci il təvəlludliyəm, sovet dovrunde 10 il əmək stajim var, 90-92 ci illərdə koperativ sədri olmuşam, vergi ödəmişəm, bilmək istərdim, qeyd etdiyim iş stajlari 2022 ci ildə pensiyaya çıxacaqğım zaman nəzərə alınacaqmı? Və ya alınması üçün nə edə bilərəm?

  9. Seyidov 13 İyul 2022

    Niyə biz müstəqil Azərbaycan Ordusunda hərbi xidmət keçmiş (özü də Murivda cəbhə bölgəsində,təmas xəttində hərbi xidmət keçmişəm) vətəndaşların da hərbi xidmətini staja daxil edən yoxdu,biz insan,vətəndaş deyilik??rusun sərhəddini gedib qoruyan,tikinti batalyonunda gün keçirənin hərbi xidmət deyilən o vaxtıni staja daxil edib doğma Vətəninin sərhədləri üçün sağlamlığından keçən bizlərin əsl hərbi xidmətin staj saymamaq sosial ədalətsizlikdir,qeyri-bərabər münasibətdir

  10. Feyzulla 20 Oktyabr 2022

    Salam. Herbici pensiya çıxarken tam 20 ili olduqdan sonra ali tehsil be magistr hesanlanır? Ya çıxana qederde ümumi staja sayılır? 5 il müellim kimi, 4 ADPU nin çağırışaqədər fakultesi, 2.5 il ADBTİA nın magistri varsa neçe il xidmet etmeliyem ki pensiyaya çıxa bilim?

  11. Rəşid 03 Noyabr 2022

    Mən Moskva Dölət Universiteti doktoraturasını bitirmişəm. İndi Sizdən xahiş edirəm mənin oxumaq vaxtım ümumi stajıma daxil olacaq?

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər