Hansı hallarda işçi həftədə 40 saatdan çox olmamaqla bir gün çox, digər gün isə az işləyə bilər?

Hansı hallarda işçi həftədə 40 saatdan çox olmamaqla bir gün çox, digər gün isə az işləyə bilər?

Misallar çəkməkdə məqsəd tabel uçotunda iş saatlarının təcrübədə qəbul olunmuş formasını göstərməkdir. burda bir sual meydana çıxır ki, işçi həftədə 40 saatdan çox olmamaqla bir gün çox, digər gün isə az işləyə bilərmi?
 Əmək Məcəlləsinin tələblərinə əsasən, normal halda işçinin gündəlik iş saatı 8 saatdan çox ola bilməz. Demək, işçi həftənin bir günü 12 saat, digər günü 4 saat işləməklə həftəlik 40 saat normanı aşmasa belə, bu, yolverilməzdir. Bəli, Əmək Məcəlləsində normadan artıq iş saatları barədə yazılıb, buna bir qədər sonra qayıdacağıq. Belə hallara istehsalat zərurəti ilə əlaqədar xüsusi hallarda yol verilə bilər, daimi yox. Ona görə də məsləhətdir ki, normal halda həftəlik iş saatlarının qrafikinə yuxarıda göstərilən şəkildə riayət olunsun.
 

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

--------------------------------------------------------------------------------------------------------------------

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər