Hansı hallarda əməyin mühafizəsi qaydalarını pozulmasına görə Əmək Müfəttişliyi cərimə tətbiq edir?

Hansı hallarda əməyin mühafizəsi qaydalarını pozulmasına görə Əmək Müfəttişliyi cərimə tətbiq edir?

Əmək Müfəttişliyinin vəzifəli şəxslərinin cərimələr tətbiq etdiyi hallardan biri də əməyin mühafizəsi qaydalarını pozulmasıdır. Əmək mühafizəsi qaydalarının pozulması dedikdə, aşağıdakılar başa düşülür və aşağıdakı cərimələr tətbiq olunur:
Maddə 54. Əməyin mühafizəsi qaydalarının pozulması
54.0. Əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni:
54.0.1. əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsinə;
54.0.2. binaların, qurğuların, avadanlığın və texnoloji proseslərin təhlükəsizliyinə riayət edilməməsinə;

54.0.3. bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmamasına;
54.0.4. işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkil edilməməsinə;
54.0.5. normal əmək və istirahət rejiminə riayət edilməməsinə;
54.0.6. işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməməsinə;
54.0.7. işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğ edilməsinin təmin edilməməsinə;
54.0.8. kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaların daxil edilməməsinə və ya onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsinə;
54.0.9. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməməsinə;
54.0.10. maşın və avadanlıqların fırlanan və ötürücü hissələrinin istehsalçı tərəfindən təchiz edilmiş mühafizə qurğuları olmadan istismar edilməsinə görə —  min manatdan iki min manatadək miqdarda cərimə edilir.
Bu məsələ ilə bağlı ən vacib məqama toxunmaq istəyirik. Bəzən Əmək Müfəttişliyinin vəzifəli şəxsləri iddia edirlər ki, təşkilat əmək mühafizəsi qaydalarının pozulması hallarına görə ayrı-ayrılıqda cərimə olunmalıdır. Tutaq ki, bir təşkilatda həm əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməyib, həm binaların, qurğuların, avadanlıqların və texnoloji proseslərin təhlükəsizliyinə riayət olunmayıb,
həm də bilavasitə iş yerinin sanitariya-gigiyena şəraiti əməyin mühafizəsinin qüvvədə olan normativlərinə uyğunlaşdırılmayıb. Bu zaman hər üç hal üçün ayrı-ayrılıqda cərimə tətbiq olunması düz deyil. Təşkilatda istər yuxarıda sadalanan əməyin mühafizəsi qaydalarının hamısının pozulması halları aşkarlananda, istərsə də bütün qaydalara riayət olunub, ancaq birinə əməl edilməyəndə eyni cərimə nəzərdə tutulur.

 

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

--------------------------------------------------------------------------------------------------------------------

4 Komment

  1. Samir 05 Oktyabr 2018

    Salam, şəxs öz evində təmir işləri üçün qul bazarından fəhlə gətirib işlədirsə, həmin fəhlə ilə aralarında hər hansı müqavilə bağlamadırmı? Təşəkkür edirik.

  2. Ağəli Namazov 08 Oktyabr 2019

    Salam azərişıq ASC mayiş niye qalxmır bilmək olarm esada istimarda mayiş qalxmır səbəb nədir bilmək olarcenab İlham Əliyev 4 mayişilari qaldırdı ana azərişıq helede mayışları qaldırmadı

  3. İsmayılova Yaqut 31 İyul 2021

    Salam , Azərbaycan Respublikasının Nazirlər kabinetinin qərarına əsasən, Nəqliyyat nazirliyi, həftə sonu Şənbə və Bazar günləri nəqliyyat vasitələri (avtobus, metro) dayandirilib. Altı günlük iş fəaliyyəti göstərən Dövlət müəssisələrində (xəstəxana) işə götürən , işçinin nəqliyyat (avtobus, metro) vasitəsi olmadığı halda şənbə günü (uzaq məsafədə yaşadığı üçün və aylıq ailə büdcəsi imkan vermədiyi üçün, başqa vasitə ilə)isə gələ bilmədiyinə görə,İşə götürən işçinin əmək haqqını həmən gùn üçün kəsir-yazmir. Bu nə dərəcədə düzgündür? Hansı əsasa? Xahiş edirəm cavablandirasiz.

  4. İsmayılova Yaqut 31 İyul 2021

    Salam , Azərbaycan Respublikasının Nazirlər kabinetinin qərarına əsasən, Nəqliyyat nazirliyi, həftə sonu Şənbə və Bazar günləri nəqliyyat vasitələri (avtobus, metro) dayandirilib. Altı günlük iş fəaliyyəti göstərən Dövlət müəssisələrində (xəstəxana) işə götürən , işçinin nəqliyyat (avtobus, metro) vasitəsi olmadığı halda şənbə günü (uzaq məsafədə yaşadığı üçün və aylıq ailə büdcəsi imkan vermədiyi üçün, başqa vasitə ilə)isə gələ bilmədiyinə görə,İşə götürən işçinin əmək haqqını həmən gùn üçün kəsir-yazmir. Bu nə dərəcədə düzgündür? Hansı əsasa? Xahiş edirəm cavablandirasiz.

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər