Məzuniyyət zamanı əmsallaşdırma necə aparılmalıdır və hansı müəssisələr üçün məcburidir?

Məzuniyyət zamanı əmsallaşdırma necə aparılmalıdır və hansı müəssisələr üçün məcburidir?

Əmək Məcəlləsində qeyd olunub ki, əmək məzuniyyəti hesablanan zaman əmsallaşdırma aparılmalıdır. Nazirlər Kabineti məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əməkhaqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə 25 avqust 1999- cu il tarixli 137 saylı qərar verib. Qərarın mətni aşağıdakı kimidir:
---------------------------------------------------------------------------------------------------------------------------
Məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması
Qaydası

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 139-cu maddəsinin 2-ci hissəsində nəzərdə tutulan məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı aşağıdakı qaydada əmsallaşdırılır:

Orta aylıq əmək haqqı =    (ƏH1xƏ1+ƏH2xƏ2+...)+ƏH
------------------------------
N
Burada, ƏH1, ƏH2, … — tarif (vəzifə) maaşlarının sonuncu kütləvi artımındın əvvəlki ayrı-ayrı artım dövrlərində işçinin əmək haqqının cəmi;
ƏH — tarif (vəzifə) maaşlarının sonuncu kütləvi artımından sonrakı aylar üzrə işçinin əmək haqqının cəmi;
Ə1, Ə2, … — son kütləvi artımdan sonra tarif (vəzifə) maaşının əvvəlki artım dövrlərində tarif (vəzifə) maaşlarına olan nisbətindən alınan təshih əmsalları;
N — məzuniyyət haqqı hesablanarkən nəzərə alınan ayların sayı.
Məzuniyyət vaxtı üçün orta əmək haqqı əmsallaşdırılarkən tarif (vəzifə) maaşına faizlə (əmsalla) müəyyən edilməyən əlavələr əmsallaşdırılmır.
Qanunvericilikdə müəyyən olunmuş tarif (vəzifə) maaşları büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda kütləvi şəkildə artırıldıqda və ya təsərrüfat hesablı müəssisələrdə kollektiv müqavilənin şərtlərinə əsasən tarif (vəzifə) maaşları kütləvi şəkildə artırıldıqda orta əmək haqqının əmsallaşdırılması hazırki qaydaya əsasən həmin müəssisə, idarə və təşkilatlarda müstəqil surətdə aparılır.
---------------------------------------------------------------------------------------------------------------------------
Bir məqamı nəzərinizə çatdırmaq istəyirik ki, bu əmsallaşdırma, təsərrüfat hesablı təşkilatlar, yəni kommersiya təşkilatları üçün məcburi deyil. Ancaq belə təşkilatlarda həmkarlar ittifaqı varsa, kollektiv müqavilələr bağlanıbsa və belə müqavilələrdə nəzərdə tutulubsa ki, əməkhaqqılar artırılan zaman əmsallaşdırılma da aparılacaq, onda bu qərarı tətbiq etmək olar.

 

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

--------------------------------------------------------------------------------------------------------------------

5 Komment

  1. MEMMEDOVA XALLI 13 Oktyabr 2019

    Salam axsaminiz xeyir 1 emsali tapdiqdan sonra ikinci emsali 1 ci emsaldan tapdiqimiza vururum yoksa üste gelmeliyem iki emsal olduğundan men casdim

  2. MEMMEDOVA XALLI 20 Oktyabr 2019

    Salam axsaminiz xeyir 1 emsali tapdiqdan sonra ikinci emsali 1 ci emsaldan tapdiqimiza vururum yoksa üste gelmeliyem iki emsal olduğundan men casdim

  3. Kemale 03 Mart 2020

    Kitabi isteyirem

  4. İbrahimov Knyaz 22 Fevral 2022

    Mən 2021-ci il dekabr ayının 30-dan 2022-ci il yanvar ayının 10-na qədər növbəti əmək məzuniyyətində olmuşam və 2022-ci il yanvarın 1-dən isə SOCAR işçilərinin maaşı 20% artırılmışdır.Yanvar ayı üzrə məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqımın qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılması aparılmalıdırmı?

  5. Aqaisa 07 Aprel 2022

    Mən müəllim işləyirəm iyul ayının 15-də 56 gün məzuniyyətə cıxıram mənim məzuniyyət pulumdan gəlir vergisi necə tutulmalıdır.

Şərh yazın

Xəbərlər