Alimentlərin hesablanması qaydası necə həyata keçirilməlidir?

Alimentlərin hesablanması qaydası necə həyata keçirilməlidir?

Vergi Məcəlləsinin 102.1.5-ci maddəsinə əsasən  alimentlər də gəlir vergisindən azaddır. Alimenti ödəyən şəxs yox, onu alan şəxs həmin aliment məbləği qədər gəlir vergisindən azaddır.  Tutaq ki, işçinin aylıq əməkhaqqı 100 manatdır. İşçi boşandığına görə ayda 40 manat aliment alır. Aliment onun iş yerinə ödənilir. Bu zaman işçinin aylıq gəliri 140 manat olsa da, onun 100 manatı gəlir vergisinə cəlb olunacaq.

Aliment məsələsində bir maraqlı məqam da onun necə hesablanıb ödənilməsilə bağlıdır. Tutaq ki, məhkəmə işçinin aylıq əməkhaqqından 25% aliment tutub ödənilməsi haqda qərar çıxarıb. İşçinin aylıq əməkhaqqı 250 manatdır. Burada sual yaranır ki, aliment hansı məbləğdən - 250 manatdan, yoxsa vergilər tutulduqdan sonra qalan məbləğdən hesablanmalıdır? Qaydalara əsasən, aliment vergi tutulduqdan sonra ödənilməlidir. Əvvəlcə 250 manatdan 35 manat gəlir vergisi (250 * 14 %) və 7,5 manat sosial ayırma (250 * 3%) tutulduqdan sonra yerdə qalan 207,50 manatın (250 -35 -7,5) 25%-i hesablanmalı və alınan 51,88 manat (207.50 * 25%) aliment kimi ödənilməlidir.


“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdu

11 Komment

  1. [email protected] 07 İyun 2020

    Salam men oktyabr ayının 22 de erize vermişem boşanma barede mehkemeye.noyabirin 19 u barışıq olub amma erizemi geri götürmemisem tezeden dekabr ayı yene erze vermişem dekabrda mehkeme 2 defe olub eks teref boşanma vermediyine gore boşanma qaldı mart ayına oda karantin rejimine gore 2 ay texire düşdü nehayet iyun ayının 3 de mehkeme oldu aliment kesildi amma iyunun 3 nen hesablanıb bu ne derecede düzdü bes erize verilen günden hesablanmır?bu nece olur

  2. Elmar 04 Yanvar 2021

    Salam mən aliment verirəm ərizə verilən günnən sayilmalidir

  3. Mugam 02 Aprel 2021

    Salam men resmi 500 azn aliram ustelik 110 aznde 3 cu qrup elillik uzre pensiya indi mene aliment nece kesilecek? resmi 500 manat aldigim maasin 25% ? yoxsa hem maas hem pensiya?

  4. Sevil 18 Fevral 2022

    Salam men iki usaq anasiyam 4 ilden coxdur alimen kesilib ancaq odenilmir bunun ucun ne etmeliyem?kime müraciyyet edim?

  5. Samir 03 Avqust 2022

    Salam 2 ci qrup muharibe eliliyem 609 manat teqaud aliram. Issizem is qabiliyyetim yoxdur.525 manat aliment kesilib 3 usaq ucun. Duzmu hesablanib ? Mene 85 azn pul qalir teqaudden

  6. RÜSTƏM 14 Oktyabr 2022

    Salam. Qardaşım pensiya alır, məhkəmənin 2 Uşağa 308 manat aliment kəsiblər. Alimenti gəlirin 33% keçirilməsi üçün nə etmək lazımdı

  7. Mətanət 17 Yanvar 2023

    Salam xəstəlik kağızından aliment tutulur

  8. Anar 06 Fevral 2023

    Salam 645 manat resmi gelir oldugu halda ne qeder aliment odenilecek?

  9. Rehile 13 Fevral 2023

    Salam.oqlum 3cu qrup epilepsiya xestesidir.tez-tez tekrarlanan ve generilize olunmus eoilepsiyadi.2 usaqa ne qeder aliment odemelidir.280 manat pensiya alir.

  10. Rehile 13 Fevral 2023

    Salam.oqlum 3cu qrup epilepsiya xestesidir.tez-tez tekrarlanan ve generilize olunmus eoilepsiyadi.2 usaqa ne qeder aliment odemelidir.280 manat pensiya alir.

  11. KONUL 16 May 2023

    Salam mən 2 uşağ anasıyam. Uşağların atası işləyəndə əmək haqqından 1/3 tutlurdu. artığ 2 ildi işləmir. aliment nə gədər ödəməlidi belə halda?

Şərh yazın

Xəbərlər