İşçinin iş vaxtından artıq neçə saat işləməsinə qanunvericilikdə hansı məhdudiyyət var?

İşçinin iş vaxtından artıq neçə saat işləməsinə qanunvericilikdə hansı məhdudiyyət var?

İşçinin iş vaxtından artıq neçə saat işə cəlb oluna bilməsi də qanunvericiliklə tənzimlənir. Bu hal əmək müqaviləsində nəzərdə tutula da bilər, tutulmaya da. Bu məsələni əmək müqaviləsi vasitəsilə tənzimləmək çətindir. Çünki bir gün bir saat, digər gün isə 2 saat artıq işləyə bilər. Bu kimi hallar Əmək Məcəlləsinin «İş vaxtından artıq işlərin son həddi» adlanan 100-cü maddəsi və «İş vaxtının uçotu» adlanan 102-ci maddəsi ilə tənzimlənir. Məcəllənin 100-cü maddəsində yazılır: «Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz».

2 Komment

  1. ƏLİ 22 Noyabr 2019

    Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən kredit təşkilatlarının Kredit Reystrində qeydiyyat aparmadığına görə kompensasiya ala bilmeyen vətəndaş nə etməlidir? Əgər Maliyyə Bazarlarına Nəzarət Palatası “ Sizin kredit tarixçəniz barədə kredit təşkilatı tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reystrində Fərman tarixinədək heç bir məlumat daxil edilməmişdir. Bununla əlaqədar, sorğu edilən kreditlərin devalvasiya tarixlərində və Fərman tarixində mövcud olmasına, habelə təqdim olunmuş müqavilələrin həqiqiliyinə məhkəmə ekspertizası nəticəsində qərar verilməsi zərurəti yaranmışdır. Odur ki, məsələnin tam və hərtərəfli araşdırılması məqsədi ilə məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur” cavabı veribse xahiş edirəm komeklik edəsiniz

  2. Elvin 08 Sentyabr 2022

    is vaxtindan artiq is saati baresinde sualim olacaq.Emek mecellesi deyitki 2 dalbadal gelen is gunu 4 saatdan artiw ola bilmez.misal ucun besgunluk is rejmi ile isleyen bir isci ayin 1i 2 saat,ayin 2si,1 saat , ayin 3 de 1 saat is vaxtindan artiw saat isleye biler ya yox? 2ci sualim.heftelik 16 saat artiw saat isleye biler .bu hal nece ola biler?

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər