İşçinin işə qəbul olunmaq üçün ərizəni yazilmaması qanun pozuntusudur?

İşçinin işə qəbul olunmaq üçün ərizəni yazilmaması qanun pozuntusudur?

Təcrübədə işçi işə götürülən zaman çox vaxt ərizə ilə müraciət edir.Belə suallarla tez-tez qarşılaşırıq ki, ərizənin təqdim olunması mütləqdirmi? Həmçinin, yoxlamaya gələn bəzi orqanların vəzifəli şəxsləri iddia edirlər ki, hökmən ərizə və işçinin işə qəbul olunması haqqında əmr tərtib olunmalıdır. Qeyd edək ki, işçinin işə qəbul zamanı ərizə yazması Əmək Məcəlləsində nəzərdə tutulmayıb, eyni zamanda belə bir sənədin olmasına qadağa da qoyulmayıb.

Əmək Məcəlləsinin 81-ci maddəsində (Əmək müqavilələri bağlanmasının sənədləşdirilməsi) yazılır:
1. Kargüzarlıq işini tənzimləmək məqsədi ilə zəruri hallarda bağlanmış əmək müqaviləsi qüvvəyə mindikdən sonra işəgötürənin mülahizəsinə əsasən onun əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilə bilər.
2. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır.
Maddədən də göründüyü kimi əmək müqaviləsi ali sənəd hesab olunur və əmr, sərəncam, qərar müqavilə bağlanılmamış verilə bilməz. Amma ərizənin yazılması haqqında heç bir məhdudiyyət qoyulmayıb. Odur ki, kargüzarlıq baxımından işçinin işə qəbulu zamanı ərizənin yazılması qəbul olunandır.




 

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

1 Komment

  1. Natevan 02 Avqust 2022

    Salam. Kitabda yazilanlar yeni qanunlara yeqin esaslanır. İşçi işe qebul olunduqda hansı derece ile qebu olunması var?

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər