Cümə axşamı, 28 Fevral 2019 06:57

Ali təhsil və hərbi xidmət müddəti əmək stajına daxil edilir?

Vəkillər Kollegiyasının üzvü, professor Mayis Əliyev ali təhsil və hərbi xidmət müddətinin sosial staja daxil edilməsinə aydınlıq gətirib: «Ölkəmizin pensiya sistemi sosial sığorta prinspləri üzərində qurulub. Staja vətəndaşın məcburi dövlət sosial sığorta haqqqı ödədiyi və qanunvericiliyin tələblərinə uyğun olaraq, üzrlü hesab edilən dövrlər daxil edilir. Bu baxımdan şəxsin hərbi xidmət müddəti staja daxil edilir, ancaq ali təhsil müddəti məcburi dövlət sosial sığorta haqqı ilə əhatə olunmadığından aid edilmir. “Əmək pensiyaları” haqqında AR Qanunun 21-ci maddəsinə əsasən, əyani şöbədə təhsil müddəti staja daxil edilmir.”

Qeyd edək ki, Mayis müəllim bu açıqlamanı “ProDemos” Azərbaycan səhifəsində "Əmək mübahisələri, sosial təminat və pensiya ilə bağlı vətəndaşların rastlaşdıqları problemlər" mövsuzunda keçirilən canlı yayım zamanı bildirib.

"KARGÜZARLIQ A:dan Z-yə" kitabı satışda

Hörmətli həmkarlar, böyük məmnuniyyətlə diqqətinizə çatdırırıq ki, kadr işinin təkmilləşdirilməsi istiqamətində növbəti nəşrimiz – “Kargüzarlıq: A-dan Z-yə” kitabı çapdan çıxıb. Kitabda əsas sənədlərin (qərar, protokol, akt, əmr, müqavilə, ərizə, təlimat, əsasnamə, məktub, xidməti yazı, arayış, xasiyyətnamə və sair) tərtibi və rəsmiləşdirilməsi, eləcə də viza, dərkənar, qoşma, əlavə, təsdiq və razılaşdırma qriflərinin hazırlanmasına tələblər, sənədlərin arixvə təhvili və məhvi məsələləri, işgüzar yazışmalar və danışıqlar mövzusu tam əhatə olunub.

Kitabın üzərindəki diskə 100-ə yaxın sənəd nümunəsi və kargüzarlıq fəaliyyətini hüquqi baxımdan tənzimləyən normativ aktlar daxil edilib.

Həmişəki kimi ünvana çatdırılma xidməti və DİSK Sizə hədiyyəmizdir.

Əlaqə: (012) 564 86 85, (050) 368 12 72, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 
 
 

1 Şərh

  • Şərh bağlantısı Ulkar Çərşənbə axşamı, 05 Mart 2019 18:22 tərəfindən təqdim olunub Ulkar

    Salam melumat almaq isterdim fiziki sexs iscini ise qebul edib ve iscinin islediyi muddet erzinde ona emek kitabcasi acib ve bu zaman hemin isciye staj hesablanirmi?

Şərh yazın