Leyla Novruzova: “Ölkəmizin HR sistemində hələ də Sovetin havası qalır” (II hissə)

Leyla Novruzova: “Ölkəmizin HR sistemində hələ də Sovetin havası qalır” (II hissə)

HR sahəsi üzrə tanınmış mütəxəssis, BP-nin baş ofisində məsul vəzifədə çalışan, hər bir azərbaycanlının fəxr edəcəyi Leyla xanım Novruzova mks.az saytının HR işilə bağlı suallarını cavablandırıb.

Müsahibənin iri həcmli, eyni zamanda çox maraqlı olduğunu nəzərə alaraq, hissə-hissə təqdim edirik.

Müsabibənin 1-ci hissəsilə burdan tanış ola bilərsiniz: 

 (II hissə)

 - Sizin HR sahəsində xarici təcrübəniz olduğunu əsas tutaraq bu sualı vermək istəyirik. Son zamanlar belə fikir formalaşıb ki, ölkəmizin HR sistemi normal inkişaf etmiş ölkələrdən çox geri qalır. Sizcə, doğrudan da vəziyyət belədir?

Bəli, düzgün fikirdir. SSRİ dağılandan elə də çox vaxt keçməyib, HR sistemlərində sovetin havası hələ də qalır. Xatırlayırsınızsa, o zamanlar indiki HR sisteminə kargüzarlıq kimi baxırdılar. Həmin vaxtlarda indiki HR mütəxəssislər daha çox sənədlərin doldurulması (əmək kitabçaları, qeydiyyat kitablarının və əmrlərin yazılması və s.) işlərilə məşğul idilər. İnkişaf etmiş ölkələrdə HR mütəxəssisi təmsil etdiyi təşkilatın işçilərinin inkişafına cavabdehdir. HR mütəxəssisinin vəzifələri düzgün işçi seçimi, işçinin inkişafını təmin edilməsi, düzgün vəzifələrə təyin olunması və nəhayət kadr axının qarşısını almaqdır. Bu səbəbdən də, HR mütəxəssisi strateji düşünməlidir ki, şirkəti gücləndirmək üçün hansı addımlar atsın. Sənədləşmə və inzibati işlərlə məşğul olmaq HR mütəxəssisinin yox, onun tabeçiliyində olan işçilərin vəzifəsi olmalıdır. 3 ilə yaxın “AmCham Azerbaijan”ın HR komitəsinə rəhbərlik etmişəm.  İctimai əsaslarla calışdığım bu vəzifədə məqsədim xarici ölkələrdə qazandığım bilikləri yerli HR mütəxəssislərinə çatdırımaq idi. “AmCham”a üzv olan təşkilatların bəzilərinin bu sahədəki mütəxəssisilərinin yüksək bilikləri olsa da, bəziləri baza biliklərinə malik idi. O zaman HR komitəsinin köməyi ilə bir çox müəssisələrdə düzgün HR sisteminin formalaşdırılmasını təmin etdik. Sualınıza cavaba olaraq onu da deyim ki, əvvəlki dövrə nisbətən müsbətə doğru çox dəyişikliklər olub.

Leyla xanım, sözünüzə qüvvət, sovet dövründə müəssisə rəhbərləri HR mütəxəsisilərinə “kargüzar” kimi baxılırdır. Bəs indi necədir? Rəhbərlərin baxışı çoxmu dəyişib?

Fikrimcə, şəffaf və düzgün fəaliyyət göstərən istənilən təşkilatın rəhbəri HR sisteminin güclü olmasında maraqlıdır və o, idaretmə ilə bağlı qərarların verilməsində HR mütəxəssisinin iştirakını məmnuniyyətlə təmin edər. Cünki hər bir təşkilat üçün ən vacib məsələ insan kapitalıdır. Yaxşı maliyyə dayağı və düzgü biznes fəaliyyəti olan təşkilatda işçilər düzgün seçilməzsə və uyğun vəzifələrə təyin olmazsa, bu şirkətin ömrünün qısa olacağı şübhəsizdir. Düzgün qeyd edirsiniz, təəssüf ki, ölkəmizdə bəzi rəhbərlər düşünür ki, HR mütəxəssisləri, sadəcə kargüzarlıqla məşğul olmalıdır. Sovet dövrünün təsirindən çıxıb qərbyönümlü idarəetmə sistemini tətbiq edən təşkilatlarda artıq bu yanaşmalar aradan qaldırılıb. Təbii ki, bu məsələdə HR mütəxəssisinin bilik və bacarığı da əsasdır. HR mütəxəssisinin düzgün strateji baxışı və düzgün işçi seçimi qabiliyyəti olmalıdır. O halda rəhbərlik düşünəcək ki, HR mütəxəssisinin düzgün seçimi nəticəsində təyin olunan işçi onun biznes gəlirlərin artmasında və şirkətin inkişafında faydalı oldu. Yekun olaraq, bildirmək istəyirəm ki, hər bir təşkilatda HR sisteminin güclü inkişafı rəhbərlik qədər HR mütəxəsssisindən də asılıdır.

- Leyla xanım, Siz bildirdiniz ki, HR mütəxəssisinin əsas funksiyalarından biri kadr axınının qarşısının almaqdır. Sizin fikirləriniz maraqlıdır, HR mütəxəssislər qiymətləndirmə prosselərində hansı alətlərdən istifadə etməlidirlər ki, işçinin təşkilatyönünmlülüyü təmin olunsun?

 (Ardı var)

Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər