Ziddiyyətli Məqam: Qanuna əsasən kimlər əmək haqqını MÜTLƏQ OLARAQ Nağdsız ödəməlidir?

Ziddiyyətli Məqam: Qanuna əsasən kimlər əmək haqqını MÜTLƏQ OLARAQ Nağdsız ödəməlidir?

“Əmək Münasibətləri: A-dan Z-yə 2018” kitabından seçmə

Aktuallığını nəzərə alaraq nağdsız ödənişlərlə bağlı bir mühüm məsələni də dəqiqləşdirmək istəyirik. Bir qədər əvvəl əməkhaqqıları nağd ödəmək hüquqi olan şəxslərin siyahısında ƏDV ödəyicilərinin olduğunu gördünüz. Hətta Vergilər Nazirliyi nağdsız hesablaşmalarla bağlı sualı cavablandırarkən bildirib ki, ƏDV ödəyiciləri əməkhaqqıları nağd yolla ödəyə bilərlər.

Gəlin, məsələyə daha kompleks və dərindən yanaşaq.

Mümkündür ki,  ticarət, iaşə, xidmət sahələrində ixtisaslaşmış ƏDV ödəyicilərinin son ardıcıl 12 aylıq dövriyyəsi 200 min manatdan aşağı olsun. Bu halda onlar işçilərə əməkhaqqıları nağd şəkildə ödəyə bilərlər, qanunvericilik bunu qadağan etmir. Həmin ƏDV ödəyicilərinin 13-cü ayda son 12 aylıq dövriyyəsi 200 min manatlıq həddi aşa bilər. Belə olan halda onlar əməkhaqqını artıq nağd yox, nağdsız ödəməlidirlər. Oda mümkündür ki, 14-cü ayda son 12 ayın dövriyyəsi azalsın və 200 min manatdan aşağı düşsün. Bu zaman həmin ƏDV ödəyiciləri yenidən əməkhaqqıları nağd şəkildə ödəmək hüququ qazanır. Göründüyü kimi belə ƏDV ödəyiciləri üçün müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq əməkhaqqıların ödənilməsinin nağdsız həyata keçirilməsini tənzimləmək çox çətindir. Fikrimizcə, qanunun 3.4.4.-cü maddəsində boşluq var. Həmin maddədə əməkhaqqıların nağdsız ödənilməsi dövriyyəsindən asılı olmayaraq ƏDV ödəyicilərinə şamil edilməməlidir.

Bütün hallarda oxuculara tövsiyə edirik ki, fəaliyyət sahəsindən, mülkiyyət növündən, hansı vergi ödəyicisi kimi uçota alınmasından asılı olmayaraq uçotun şəffaflığı baxımından əməkhaqqıları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişləri), pensiyanı, təqaüdü, maddi yardımı, müavinətləri (o cümlədən, birdəfəlik müavinətləri), kompensasiyaları və təzminatları nağdsız formada ödəsinlər.

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 

012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər