Xarici işçi ilə bilməli olduğumuz 5 sualın cavabı

Xarici işçi ilə bilməli olduğumuz 5 sualın cavabı

“Əmək Münasibətləri: A-dan Z-yə 2018” kitabından seçmə

1. Bir iş icazəsi ilə işçi başqa yerdə işləyə bilərmi?
Açıqlama: Xeyr,İş icazəsi xarici vətəndaşın konkret bir təsərrüfat subyektində işləməsi üçün verilir.
2. İş icazəsi hansı müddətə verilir?
Açıqlama: İş icazəsi maksimum bir il müddətində verilir və hər il üçün yenidən daha bir il uzadıla bilər. Və bu müddət 5 il müddətində davam edə bilər.
3. Bəs, 5 ildən sonra necə olmalıdır?
Açıqlama: 5 ildən sonra ya həmin xarici vətəndaşın daimi yaşayışı haqqında qərar qəbul olunmalı, ya da ölkədən çıxmalıdır. Adətən, daimi yaşıyış qeydiyyatını miqrasiya idarəsi vermir.
4. Ölkədən gedəndən sonra həmin şəxs geri qayıdıb yenidən işləyə bilərmi?
Açıqlama: Əlbəttə, bir müddət xarici ölkədə qalandan sonra yenidən həmin xarici vətəndaş respublikamıza qayıda və əvvəlki kimi iş icazəsi ilə işləyə bilər. Proses bu şəkildə davam edə bilər.
5. İş icazəsi alandan sonra 1 il tamam olmamış, işəgötürən xarici işçini işdən azad edə bilərmi? Bilərsə, bu zaman proses necə rəsmiləşdirilməlidir?
Açıqlama: Əlbəttə ki, işəgötürən digər işçilər kimi həmin işçini də işdən azad edə bilər. Bu halda iş icazəsini Miqrasiya Xidmətinə qaytarmalıdır.
Onu da bildirək ki, iş icazəsi alındıqdan sonra xarici vətəndaşlarla da yerli işçilər kimi əmək müqaviləsi bağlanılmalıdır.

 

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 

012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər