Əmək müqavilələrinin uçotunun aparılmamasına görə cərimə nəzərdə tutulur?

Əmək müqavilələrinin uçotunun aparılmamasına görə cərimə nəzərdə tutulur?

“Əmək Münasibətləri: A-dan Z-yə” 2018 kitabından seçmə

Bizə müraciət edən mühasiblər, sahibkarlar şikayətlənirlər ki, DSMF orqanlarıın və DƏMX-nin vəzifəli şəxsləri yoxlamalar zamanı hökmən əmək müqavilələrinin uçotunun aparılmalı olduğunu, əks halda cərimə yazacaqlarını bildirirlər. Bununla bağlı aşağıdakıları bildirmək istərdik.
- İşəgötürən bağlanmış əmək müqavilələrinin, onlara edilən dəyişikliklərin, bu müqavilələrlə əlaqədar verilmiş əmrlərin (sərəncamların, qərarların), habelə digər əmrlərin (sərəncamların, qərarların) xüsusi kitab (jurnal) və ya xüsusi kompüter proqramı vasitəsi ilə uçotunun qeydiy­yatını aparmalıdır. Uçot kompüter vasitəsi ilə aparılmırsa, qeydiyyat kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır.
- İşəgötürən qeydiyyat kitabını xüsusi uçot sənədi kimi saxlamalı və aparılan qeydlər səliqə ilə həmin kitaba yazılmalıdır. Kitabdakı qeydlərin qaralanmasına, pozulmasına, səhifələrin cırılmasına, dəyişdirilməsinə yol verilmir.
- Göstərilən sənədlərin uçotu və qeydiyyatı istər kompüter proqramları vasitəsilə, istərsə də kağızda həyata keçirilərkən işəgötürən tərəfindən uçot sənədlərinin mühafizəsi təmin olunmalıdır.
- İşəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, verilmiş əmrləri (sərəncamları, qərarları) beş il müddətində saxlamağa borcludur, onların məhv edilməsi, itirilməsi, korlanması yolverilməzdir.
- Müəssisə ləğv edildikdə işəgötürəndə saxlanılan əmək müqavilələri müəyyən olunmuş qaydada müvafiq dövlət arxivinə təhvil verilir. Müəssisə yenidən təşkil olunduqda və ya mülkiyyətçisi dəyişdikdə isə həmin müqavilələr yeni işəgötürənə təhvil verilir.
- Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin (sərəncamın, qərarın) əslinin işəgötürən tərəfindən müəyyən edilmiş qaydada və müddətdə saxlanılması təmin edilməlidir.
Amma yuxarıdakı kimi uçotun aparılmamasna görə işəgötürənləri heç bir cərimə və maliyyə sanksiyası gözləmir. Bütün hallarda məsləhət bilərdik ki, Əmək Məcəlləsinin və kargüzarlığın tələblərinə uyğun əmək müqavilələrinin, əmrlərin və s. uçotu jurnalı aparılsa, yaxşıdır. Belə uçotun aparılması ilə bağlı proqram təminatından bəzi çox iri təşkilatlar, müəssisələr istisna olmaqla, praktikada demək olar ki, istifadə olunmur. Ona görə aşağıda əmək müqavilələrinin uçotu jurnalının nümunəvi formasını təqdim edirik. İşəgötürən sadə dəftərxana jurnalında aşağıdakı formada tərtib etməklə uçot jurnalı əldə etmiş olar.

 

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.

Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

1 Komment

  1. Zaur 08 Sentyabr 2020

    Salam! Əmək müqavilələrini həmin müəssisənin Ümumi şöbəsində aparılan “Daxil olan sənədlərin qeydə alınması kitabı”nda qeydiyyata almaq olarmı? Sağ olun.

Şərh yazın

Xəbərlər