İşçinin istəyi ilə ona ötən illərin əmək məzuniyyətindən istifadə etmədiyinə görə Kompensasiya ödəmək olar?

İşçinin istəyi ilə ona ötən illərin əmək məzuniyyətindən istifadə etmədiyinə görə Kompensasiya ödəmək olar?

"Əmək Münasibətləri: A-dan Z-yə 2018" kitabından seçmə 

Əvvəllər Əmək Məcəlləsinə əsasən, işçinin əmək məzuniyyətindən istifadə olunması kimi hüquqlarında bir boşluq vardı. Həmin boşluq nəticəsində işçilər və işəgötürənlər bir çox hallarda səhvə yol verirdilər. Məsələn, işçi işəgətürənə bildirirdi ki, o əmək məzuniyyətindən istifadə etmək istəmir. Və yaxud əmək məzuniyyətinin əvəzinə kompensasiya alıb işləyirdi və sair.
O zaman bəzi işəgötürənlər belə hallardan sui-istifadə edir, işçiləri illərlə əmək məzuniyyətinə buraxmırdılar, çünki sərtləşdirici bir məcburiyyət yox idi. Əmək Məcəlləsinə son illərdə olunan ən mühüm dəyişikliklərdən biri də əmək məzuniyyətlərinin verilməməsinin qadağan edilməsidir.
1. Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır.
2. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.
Əgər işçinin əmək məzuniyyətindən istifadə hüququ varsa və tutulmuş qrafikə uyğun həmin işçiyə əmək məzuniyyəti verilməlidirsə, işəgötürən hökmən həmin işçini əmək məzuniyyətinə buraxmalıdır. İşçi əmək məzuniyyətindən istifadə etmək istəməsə, kompensasiya qarşılığında işləməyə üstünlük versə belə, işəgötürən bunu təmin etməməlidir.
danışacağıq.

Göründüyü kimi, qanunla işəgötürən tərəfindən işçiyə əmək məzuniyyəti verilməlidir. Əgər işəgötürən bunu təmin etməsə, ona İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələr tətbiq olunur.
Bu, çox ciddi məsələdir və əsasən işəgötürənlərə aiddir. Əgər onlar bu qaydaları pozsalar, DƏMX-nin vəzifəli şəxsləri çox böyük cərimələr tətbiq edəcəklər.
Hər hansı səbəbdən işçiyə əmək məzuniyyəti verilməyibsə, həmin iş ilinin əmək məzuniyyətinə görə kompensasiya ödənilməlidir. Burada «hər hansı səbəbin» çox böyük açıqlaması ola bilər.
Məsələn,
- İşəgötürənin səhv etməsi nəticəsində əmək məzuniyyətinin verilməməsi;
- Əmək Məcəlləsində olan son dəyişikliyə kimi işçilərə verilməmiş məzuniyyətlərin mövcudluğu;
- Fövqəladə hallar nəticəsində əmək məzuniyyətindən istifadə olunmaması;
- Və digər səbəblər.

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

 Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.

Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

0 Komment

    Şərh yazın

    Xəbərlər