Əlavə məzuniyyətin hesablanması ilə bağlı Vacib Məqam

Əlavə məzuniyyətin hesablanması ilə bağlı Vacib Məqam

"Əmək Münasibətləri: A-dan Z-yə 2018"  kitabından seçmə

Əlavə məzuniyyətlə bağlı xüsusi bir hal var. İlk növbədə, əmək şəraiti zərərli və ağır olan iş yerlərində çalışan işçilər üçün bu əlavə məzuniyyət hüququ həmin müəssisədə üst-üstə altı ay işlədikdə yaranır və iş ili ərzində faktiki işlədiyi vaxta mütənasib olaraq verilir. Bunu necə başa düşmək olar?

Fərz edək ki, işçi əmək şəraiti zərərli və ağır olan iş yerində çalışır. O, 01.02.2017-ci il tarixində əmək müqaviləsi bağlamaqla işə başlayıb. İşçi 01.10.2017-ci il tarixində ərizə ilə müraciət edir ki, onu əmək məzuniyyətinə buraxsınlar. O, əsas və əlavə məzuniyyətdən bir yerdə istifadə etmək istəyir. Müəssisə həmin işçini 30 gün əsas məzuniyyətlə, 6 gün isə əlavə məzuniyyətlə təmin edir. Bu, düzgün deyil. İşçiyə 30 gün əsas məzuniyyətin verilməsi düzgün olsa da, əlavə məzuniyyət faktiki işlədiyi müddətə uyğun təmin olunmalıdır. 12 aya görə (iş ilinə görə) 6 gün əlavə məzuniyyət düşürsə, onda 01.02.2016-cı ildən 01. 10. 2016-cı ilə kimi olan 8 aya görə isə 4 gün əlavə məzuniyyət verilməlidir.

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

 Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.

Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

1 Komment

  1. Vüsal 13 İyul 2018

    Salam. Mövsümi (3 aylıq) götürülən işçinin əmək müqaviləsində əsas məzuniyyət hüququ 21 gün yazılmalıdır? Yoxsa işləyəcəyi 3 aya görə 6 gün yazılmalıdır? Hörmətlə, Vüsal Həmidov

Şərh yazın

Xəbərlər