Tanınmış HR menecerdən namizədlərə məsləhət: "Əsassız, təhqiredici sözlərlə cavab məktubu ünvanlamaq lazım deyil"

Tanınmış HR menecerdən namizədlərə məsləhət: "Əsassız, təhqiredici sözlərlə cavab məktubu ünvanlamaq lazım deyil"

Tanınmış HR mütəxəssisi Sevinc Məhərrəmova özünün linkedin səhifəsində işə qəbul üçün müraciət edən namizədlər üçün maraqlı məsləhətlər verib: “Xahiş edirəm şirkətlərin vakansiyalarına müraciət edərkən əvvəlcə vakansiya tələblərilə, hər bir kiçik və əhəmiyyətsiz hesab etdiyiniz bəndlə yaxından tanış olun. Sizin üçün əhəmiyyət kəsb etməyən tələblər işəgötürən tərəf üçün çox önəmli ola bilər. Hər-hansı bir sahədə təcrübəli olmaq elan edilmiş vakansiya tələblərinə uyğun olmaq demək deyil, dil biliklərinin yüksək olması səriştəlilik anlamına gəlmir. Düşünürsünüzsə işəgötürən tanışlarını ətrafına toplayaraq "iş yeri yaradıb", tanışlardan ibarət kompaniya yaradıb, yanlış düşüncədəsiniz.

Bütün peşəkar işəgötürənlər işləyən qüvvəyə ehtiyac duyur, kateqoriyasından asılı olmayaraq (fəhlə, qulluqçu və s.). Təbii ki, işə qəbul zamanı həm tanıdığımız, həm tanımadığımız şəxslərin cv-ləri dəyərləndirməliyik, bu İnsan Resurslarının başlıca vəzifəsidir. Vakansiya tələblərinə uyğun olmadığınız təqdirdə Sizə ünvanlanan mənfi cavab məktubuna əsassız, təhqiredici sözlərlə cavab məktubu ünvanlamaq lazım deyil, beləki HR bu barədə namizədlərə məlumat verməyə borclu deyil. Ən azından Sizə şəxsiyyət kimi davranan HR rəhbərin bu addımını dəyərləndirin. Özünüzə, sözünüzə hörmət edin və şəxsiyyətinizi cılızlaşdıran səhvlər etməyin. Hər birinizin yolu açıq olsun. Hörmətlə,”

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

 Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.

Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər