Nahid Nəsirovdan HR tədbirinin spikeri haqqında SƏRT SÖZLƏR

Nahid Nəsirovdan HR tədbirinin spikeri haqqında SƏRT SÖZLƏR

Tanınmış mütəxəssis, Excel-lə bağlı dəyərli kitabların müəllifi, həmçinin HR sahəsində çalışan Nahid Nasirov maraqlı status paylaşıb. Həmkarlarımız üçün maraqlı olacağını nəzərə alaraq, həmin statusu diqqətinizə çatdırırıq: "Keçmiş iş yerimizdə komandamıza bir əməkdaş qoşulmuşdu. Bunun zamanla şəxsi və peşəkar keyfiyyətlərinin həddindən çox aşağı olduğunu nəzərə alaraq komandamızdan uzaqlaşdırmışdıq. Dostlarımızdan biri həmişə onun yaltaqlıq, yalançılıq kimi keyfiyyətlərinə görə "qabağa gedəcəyini" demişdi. Bu gün bir poster gördüm, bir HR müzakirəsində həmin "facebook uzmanı" mütəxəssis kimi çıxış edəcəyi elan edilirdi. 
Təəssüfki, sosial şəbəkələrdə onun kimi söz pəhlivanı olan "mütəxəssislər" kimlərəsə məsləhət verir, öz "təcrübələrini" digərləri ilə bölüşürlər. Halbuki, elə peşəkarlar var ki, işlədiyi şirkətlərdə konkret nəticə ortaya qoyurlar, amma gündəmdə deyillər.
Arzu edirəm ki, elə bir platforma yaradılsın ki, şirkətlərdə sıfırdan sistem quran mütəxəssislərin təcrüblərindən faydalana bilək."

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər