İşçiyə ezamiyyə xərcləri ödənildikdə hansı məbləğdən aşağı ödənişə qanunvericilik icazə vermir?
Satışı yekunlaşmaqda olan "Əmək Məcəlləsi 2026" kitabından seçmə
Növbəti tematik təlim 18 aprel 2026-cı il tarixdə “Əmək haqqı: A-dan Z-yə” mövzusunda keçiriləcək. Tematik təlimdə məzuniyyət, müavinət və kompensasiya hesablanması, ezamiyyə normaları, orta əmək haqqı, gecə və axşam növbələrinin tətbiqi, növbəli iş rejimi, aliment və icra sənədləri üzrə tutulmalar, eləcə də digər vacib məqamlar haqqında məlumat veriləcək. Eyni zamanda, tematik təlim çərçivəsində Vahid bəyannamənin doldurulması praktik misallarla izah ediləcək. Tematik təlimdə iştirak etmək üçün 050-368-12-72 saylı telefon nömrəsi ilə (WhatsApp aktivdir) əlaqə saxlamaq lazımdır.
Əvvəlki bölmələrdə qeyd edildiyi kimi, Əmək Məcəlləsinə “ezamiyyət” anlayışı əlavə edilmişdir. Bu anlayışın Məcəlləyə daxil edilməsində əsas məqsəd həm işəgötürən, həm də işçi üçün ezamiyyətlə bağlı hüquq və vəzifələrin qanunvericilik səviyyəsində müəyyənləşdirilməsidir.
Əmək Məcəlləsinin 9-cu maddəsinə əlavə edilmiş “o” bəndinə əsasən, işçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş ezamiyyə xərcləri normalarından az olmayan məbləğdə ezamiyyə xərclərini almaq hüququ təsbit edilmişdir.
Maddədə əksini tapan əsas məqamlara ayrıca diqqət yetirək.
Birinci məqam ondan ibarətdir ki, “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş ezamiyyə xərcləri normaları” dedikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli qərarı ilə təsdiq edilmiş ezamiyyə xərcləri normaları nəzərdə tutulur. Qeyd edək ki, həmin qərarla həm Azərbaycan Respublikasının ərazisində, həm də xarici ölkələrə ezamiyyət zamanı tətbiq olunan gündəlik ezamiyyə xərcləri normaları müəyyən edilmişdir.
İkinci məqam isə ondan ibarətdir ki, işəgötürən ezamiyyətə göndərilən işçiyə Nazirlər Kabinetinin müəyyən etdiyi normalardan az olmayan məbləğdə ezamiyyə xərclərini ödəmək öhdəliyinə malikdir. Belə ki, Nazirlər Kabinetinin 14 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 125,0 manat, Naxçıvan şəhərində 100,0 manat, Gəncə və Sumqayıt şəhərlərində 95,0 manat, digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə isə 90,0 manat məbləğində müəyyən edilmişdir.
Misal. İşəgötürənin tapşırığına əsasən, işçi 3 gün müddətinə Naxçıvan şəhərinə ezam edilmişdir. Nazirlər Kabinetinin 14 nömrəli qərarında qeyd edildiyi kimi, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 70 faizi mehmanxana xərclərinə aid edilir. Naxçıvan şəhəri üzrə gündəlik ezamiyyə normasının 100 manat olduğunu nəzərə alsaq, işçinin azı 230 manat məbləğində (100 manat × 2 gün + 100 manat × 30% × 1 gün) ezamiyyə xərci almaq hüququ vardır.
Qeyd edək ki, ezamiyyə normalarının hesablanması eləcə də “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və sığorta haqları üzrə vahid bəyannamə”nin tərtibi haqqında geniş məlumat 18 aprel 2026-cı il (şənbə günü) keçiriləcək “Əmək haqqı: A-dan Z-yə” mövzusunda tematik təlimdə veriləcək. Tematik təlimdə iştirak etmək üçün 050-368-12-72 saylı telefon nömrəsi ilə (WhatsApp aktivdir) əlaqə saxlamaq mümkündür.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın